Icma.az
close
up
RU
Avqustun 2 də Ermənistan qarışacaq

Avqustun 2 də Ermənistan qarışacaq

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda baş nazir Nikol Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında aylarla davam edən qarşıdurma yeni mərhələyə qədəm qoyur.

Musavat.com-un yekramos.org-a istinadən verdiyi xəbərə görə, avqustun 2-də yeni seçilmiş parlamentin ilk iclasının keçirilməsi ərəfəsində əsas müzakirə mövzularından biri bütün ermənilərin katolikosu II Qareginin iclasa dəvət edilib-edilməyəcəyidir.

 Məsələ artıq siyasi qalmaqala çevrilmək üzrədir. Ermənistan mətbuatında yayılan məlumatlara görə, II Qareginin parlamentin ilk iclasında iştirakına imkan verilməyəcək. Onun əvəzinə hakimiyyətə yaxın mövqeyi ilə seçilən din xadimlərindən birinin parlamentə dəvət olunması ehtimalı gündəmə gəlib.

Hakim “Mülki müqavilə” partiyasından deputat Sarkis Xandanyan iyulun 29-da jurnalistlərə açıqlamasında katolikosun parlamentə dəvət olunmasının parlament rəhbərliyinin səlahiyyətində olduğunu bildirib. O, II Qaregini dünyəvi adı ilə – Ktrıç Nerisyan kimi təqdim edərək onun parlamentə dəvət olunmasının gözlənilmədiyini deyib. Müxalifət isə hakimiyyətin bu mövqeyini kilsəyə qarşı aparılan kampaniyanın davamı hesab edir.

“Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryanın sözlərinə görə, katolikosun yeni parlamentin ilk iclasında xeyir-dua verməməsi ölkənin müstəqillik tarixində presedentsiz hadisə olacaq. O bildirib ki, hakimiyyətin seçki proqramında katolikosun dəyişdirilməsinin siyasi prioritet kimi təqdim olunması bu vəziyyəti əvvəlcədən proqnozlaşdırmağa imkan verirdi.

Qriqoryan həmçinin xəbərdarlıq edib ki, II Qaregini əvəzləmək üçün başqa din xadiminin parlamentə gətirilməsi müxalifətin sərt siyasi reaksiyasına səbəb olacaq.

Erməni nəşri yazır ki, “Güclü Ermənistan” fraksiyasının deputatı Hayk Farmanyan da məsələyə hüquqi müstəvidən yanaşıb. Onun sözlərinə görə, qanun katolikosun parlamentin ilk iclasında iştirak etmək hüququnu müəyyən edir, digər din xadimlərinin isə bu formatda iştirak etməsi ayrıca prosedur kimi nəzərdə tutulmayıb.

Farmanyan bildirib ki, fraksiya II Qaregini parlamentə dəvət etmək təşəbbüsünü öz üzərinə götürmək məsələsini müzakirə edir. O, katolikosun dəvət olunmaması və ya başqa din xadimi ilə əvəzlənməsi halında bunun cavabsız qalmayacağını deyib.

Ekspertlər hesab edirlər ki, avqustun 2-də parlamentin ilk iclasında II Qareginin iştirak edib-etməməsi sadəcə protokol məsələsi deyil. Bu addım Paşinyan hakimiyyəti ilə kilsə arasındakı münasibətlərin gələcək istiqamətini müəyyənləşdirə bilər.

Müxalifət qüvvələri hesab edir ki, katolikosun kənarda saxlanılması hakimiyyətin kilsənin ictimai və siyasi nüfuzunu zəiflətmək strategiyasının bir hissəsidir.
Böyük ehtimalla Ermənistan parlamentinin avqustun 2-də keçiriləcək ilk iclası yalnız yeni qanunverici orqanın fəaliyyətə başlaması ilə yadda qalmaya bilər. II Qareginin parlamentdə olub-olmaması və hakimiyyətin onun yerinə başqa din xadimini dəvət edib-etməyəcəyi ölkədə dövlət-kilsə münasibətlərində yeni siyasi böhranın başlanğıc nöqtəsinə çevrilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Avqust 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri