Icma.az
close
up
RU
Avrasiyada güc balansı DƏYİŞİR: Bakı və Daşkənd yeni mərhələdə

Avrasiyada güc balansı DƏYİŞİR: Bakı və Daşkənd yeni mərhələdə

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

"44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər və suverenliyin tam bərpa edilməsi nəticəsində Azərbaycan Prezidentinin yaratdığı yeni geosiyasi reallıqlar Avrasiya məkanında güclər nisbətini köklü şəkildə dəyişmiş, qütblərarası ziddiyyətlərin dərinləşməsi fonunda Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının qovşağında formalaşan yeni geostrateji reallıqlar Bakı və Daşkənd arasında münasibətləri keyfiyyətcə daha üstün institusional mərhələyə çıxarıb".

BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin Özbəkistana səfərini şərh edərkən deyib.

O bildirib ki, əvvəllər daha çox regional çərçivədə qəbul edilən Cənubi Qafqazın hazırda Mərkəzi Asiyanın Avropaya və beynəlxalq bazarlara çıxışını təmin edən etibarlı geoiqtisadi körpüyə çevrilməsi müasir beynəlxalq hüququn suveren bərabərlik, ərazi bütövlüyü və milli maraqlara qarşılıqlı hörmət prinsiplərinə söykənən bu tərəfdaşlığa da təsirini göstərərək xarakterik olaraq ikitərəfli müstəvidən regional inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir:

"Bu çərçivədə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv seçilməsi ilə əvvəlki "C5" formatının faktiki olaraq "C6" səviyyəsinə yüksəlməsi beynəlxalq hüquq baxımından Avrasiya daxilində yeni regional dialoq və strateji tərəfdaşlıq modelinin rəsmiləşməsidir. Beynəlxalq hüquq müstəvisində Azərbaycan və Özbəkistanın BMT, İƏT, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli platformalarda nümayiş etdirdiyi birgə mövqe qlobal qərarqəbuletmə mexanizmlərində hər iki dövlətin siyasi çəkisini artırır. Xüsusilə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş prinsiplərin qorunması və beynəlxalq hüququn ikili standartlardan azad tətbiqi istiqamətində Bakı ilə Daşkəndin vahid cəbhədən çıxış etməsi strateji tərəfdaşlığın institusional möhkəmliyini göstərir. ​

İqtisadi diplomatiyanın hüquqi çərçivəyə salınması istiqamətində səylər, bu çərçivədə artıq ənənəvi xarakter almış Azərbaycan-Özbəkistan Regionlararası Forumları, "Yeni Daşkənd" kimi irimiqyaslı infrastrukturların öyrənilməsi və Buxara kimi tarixi-mədəni mərkəzlərlə qurulan təmaslar, mərkəzi hakimiyyət orqanları ilə yanaşı, hər iki ölkənin regional inzibati vahidlərinin, bələdiyyələrinin və işgüzar dairələrinin birbaşa əməkdaşlığına imkan verən mexanizmlərə müraciət edilməsi iqtisadi inteqrasiyanın şaxələnməsini təmin edir, investisiya və şəhərsalma sahəsində qarşılıqlı hüquqi-müqavilə bazasının genişləndirilməsinə xidmət edir.

​Mövcud mənzərə göstərir ki, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi hücumameyilli diplomatik strategiya və regional inteqrasiya xətti Mərkəzi Asiya dövlətləri ilə müttəfiqlik münasibətlərini keyfiyyətcə yeniləmiş, Orta Dəhlizin strateji əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan və Özbəkistan arasında formalaşan bu çoxşaxəli platforma regional sabitliyin, təhlükəsizliyin və uzunmüddətli iqtisadi tərəqqinin əsas hüquqi-siyasi zəmanətçisi kimi çıxış edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Avqust 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri