Icma.az
close
up
RU
Avrasiyanın siyasi nəbzi

Avrasiyanın siyasi nəbzi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ilin strategiyası və regional əməkdaşlıq manifesti

Avrasiya məkanında milli iradəyə söykənən yeni güc mərkəzinin formalaşması prosesi müşahidə olunmaqdadır. Dekabrın 26-da Astanada keçirilən yüksək səviyyəli görüşlər və TÜRKPA-nın 2026-cı il üçün müəyyən etdiyi Avrasiya əməkdaşlıq gündəliyi artıq, sadəcə, iş planı deyil. Bu, Türk dünyasının siyasi inteqrasiyasının dönməz xarakter aldığını göstərən strateji manifestdir. Təşkilat parlament diplomatiyasını regional əlaqələrin inkişafında əsas dayağa çevirir.

Qlobal geosiyasətin ağırlıq mərkəzinin Qərbdən Şərqə doğru yerdəyişməsi fonunda Türk dövlətlərinin parlament diplomatiyası vasitəsilə həyata keçirdiyi siyasi həmlə regionun gələcək taleyini müəyyən edən həlledici amilə çevrilir. Mövcud proseslərin siyasi analizi göstərir ki, TÜRKPA artıq vahid siyasi iradənin qanunvericilik bazasını formalaşdıran və Türk dövlətlərinin suverenliyini qlobal təhdidlərdən qoruyan institusional qalxana transformasiya olunur. TÜRKPA-nın Baş katibi Ramil Həsənin Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanovla Astanada keçirdiyi görüş təşkilatın siyasi çevikliyinin göstəricisidir. Baş katibin təqdim etdiyi geniş fəaliyyət hesabatı, o cümlədən Türkiyə, Qırğızıstan, Macarıstan, Özbəkistan və xüsusilə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) həyata keçirilən rəsmi səfərlər TÜRKPA-nın coğrafi əhatəsinin xeyli dərəcədə genişləndiyini sübut edir. Xüsusilə ŞKTC-yə səfər və orada aparılan danışıqlar Türk dünyasının Aralıq dənizi hövzəsindəki maraqlarının qorunması və Lefkoşanın beynəlxalq izolyasiyasının yarılması istiqamətində atılan cəsarətli siyasi addımdır.

Baş katib Ramil Həsənin Cenevrədə keçirilmiş Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında TÜRKPA-nın fəal iştirakı barədə verdiyi məlumat təşkilatın qlobal parlamentarizmdəki yerini möhkəmləndirmək əzmini nümayiş etdirir. TÜRKPA artıq qlobal gündəliyin müzakirəsində iştirak edən və Türk dünyasının səsini Cenevrə kimi beynəlxalq mərkəzlərdə ucaldan nüfuzlu platformadır. Yerlan Koşanovun təşəbbüslərə verdiyi dəstək və qısa müddətdə görülən işlərdən məmnunluğu Türk dövlətləri arasında siyasi konsensusun yüksək səviyyədə olduğunu təsdiqləyir. Qazaxıstan parlamentinin sədrinin növbəti ilin birinci yarısında Azərbaycana planlaşdırılan rəsmi səfəri və TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etmək niyyəti isə Bakının proseslərdəki mərkəzi rolunu, təşkilatın beyin mərkəzi kimi əhəmiyyətini bir daha vurğulayır. TÜRKPA-nın 2026-cı il gündəliyi Türk dövlətləri arasında siyasi dialoqun dərinləşdirilməsini, qanunvericilik bazalarının unifikasiyasını hədəfləyən ambisiyalı siyasi layihədir. Burada əsas məqsəd siyasi təfəkkürün, dövlətçilik ənənələrinin vahid məxrəcə gətirilməsidir.

TÜRKPA çərçivəsində qəbul edilən model qanunlar, siyasi bəyanatlar üzv dövlətlərin xarici siyasət kurslarının koordinasiya edilməsinə, beynəlxalq platformalarda vahid mövqedən çıxış edilməsinə xidmət edir. 2026-cı ilin strateji hədəfləri sırasında Türk dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təhdidlərə qarşı vahid siyasi müqavimət mexanizminin yaradılması xüsusi yer tutur. Türk dünyası artıq vahid siyasi orqanizm kimi hərəkət etməyin zəruriliyini dərk edir. Tarixən Avrasiya məkanı böyük imperiyaların toqquşma meydanı və nüfuz dairələri uğrunda mübarizə arenası olmuşdur. Lakin TÜRKPA-nın fəaliyyəti və Türk Dövlətləri Təşkilatının siyasi iradəsi nəticəsində regionda yeni reallıq formalaşmaqdadır.

Avrasiyada yeni əməkdaşlıq konsepsiyası mahiyyət etibarilə regionun kənar qüvvələrin istər Qərb, istər Şimal, istərsə də Uzaq Şərqin siyasi diktəsindən azad edilməsini və Türk dövlətlərinin öz taleyini müstəqil şəkildə müəyyən etmək haqqını bəyan edir. TÜRKPA-nın strateji əlaqələrin inkişafındakı rolu məhz bu suverenliyin qorunmasında özünü tam formatda göstərir. Təşkilat üzv dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini əsas tutaraq, eyni zamanda, xarici təzyiqlərə qarşı kollektiv siyasi immunitet formalaşdırır. Avrasiyanın siyasi xəritəsində Türk zolağının yaranması Qərb və Şərq arasında siyasi tarazlaşdırıcı faktor rolunu oynayan Üçüncü Qütbün meydana gəlməsi deməkdir.

Həmin qütb nə Qərbin liberal dəyərlərinin ekspansiyasına, nə də Şərqin avtoritar modellərinin təzyiqinə boyun əyməyən, öz milli-mənəvi və siyasi ənənələrinə söykənən unikal dövlətçilik modelini təqdim edir. Strateji əlaqələrin inkişafı, şübhəsiz ki, təhlükəsizlik məsələlərindən yan keçə bilməz. TÜRKPA-nın 2026-cı il gündəliyi hərbi-siyasi əməkdaşlığın qanunvericilik bazasının təkmilləşdirilməsini də ehtiva edir. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri və antiterror əməliyyatları ilə suverenliyini tam bərpa etməsi Türk dünyasında hərbi-siyasi ittifaqların effektivliyini əyani şəkildə sübuta yetirmişdir.

Şuşa Bəyannaməsi ilə başlayan müttəfiqlik modeli TÜRKPA vasitəsilə bütün Türk dünyasına yayılmaq potensialına malikdir. Parlamentlər səviyyəsində müdafiə və təhlükəsizlik komitələrinin sıx əməkdaşlığı, terrorizm, separatizm və ekstremizmlə mübarizədə vahid hüquqi yanaşmaların işlənib hazırlanması, informasiya təhlükəsizliyi, kiberhücumlara qarşı birgə fəaliyyət, bütün bunlar strateji əlaqələrin siyasi tərkib hissəsidir.

TÜRKPA-nın strateji fəaliyyətinin ən prinsipial istiqamətlərindən biri Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyasına siyasi inteqrasiyasıdır. Astana görüşündə Baş katib tərəfindən xüsusi vurğulanan ŞKTC səfəri 2026-cı ilin beynəlxalq izolyasiyasının yarılması istiqamətində həlledici dövr olacağının anonsudur. TÜRKPA ŞKTC parlamentarilərinin təşkilatın işində fəal iştirakını təmin etməklə faktiki olaraq diplomatik tanınma prosesinin siyasi zəminini hazırlayır. Kipr türklərinin hüquqlarının müdafiəsi və onların ədalətli səsinin dünyaya çatdırılması qurumun mənəvi və siyasi borcudur.

Qloballaşma və kosmopolitizm dalğaları qarşısında milli dövlətçilik ənənələrinin qorunması, gənc nəslin milli ruhda tərbiyə olunması TÜRKPA-nın fəaliyyətinin əsas istiqamətlərindəndir. Ortaq dərsliklərin hazırlanması, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və türkofobiya ilə sistemli mübarizə aparılması təşkilatın ideoloji cəbhədəki strateji vəzifələridir. TÜRKPA-nın Astanada müzakirə olunan 2026-cı il gündəliyi və Avrasiyada yeni əməkdaşlıq strategiyası Türk dünyasının siyasi yetkinlik dövrünə qədəm qoyduğunun göstəricisidir.

Yusif ŞƏRİFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri