Icma.az
close
up
RU
“Avrasiyanın yeni xəritəsində əsas mərkəz Bakıdır” VİDEO

“Avrasiyanın yeni xəritəsində əsas mərkəz Bakıdır” VİDEO

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

” SSRİ-nin süqutundan sonra və xüsusilə Rusiyanın son illərdə yürütdüyü təcavüzkar siyasət fonunda dünya gücləri yeni və təhlükəsiz yollar axtarmağa başladılar. Bu gün həmin yeni cazibə mərkəzi Xəzər dənizi və onun ətrafıdır. Xəzər artıq ölkələri ayıran bir sərhəd deyil, Şərqlə Qərbi birləşdirən qlobal bir məkana çevrilib.”– bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatıCavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, Çindən başlayıb Mərkəzi Asiyanın Türk dövlətlərindən, Xəzər dənizindən və Azərbaycandan keçərək Avropaya uzanan Orta Dəhliz layihəsi qlobal miqyasda böyük dəyişikliklərə səbəb olur.

“Bu layihə dünya müharibələrinin yarada biləcəyi böyük iqtisadi və siyasi nəticələri (resursların yenidən bölünməsini) heç bir qan tökülmədən, sülh və əməkdaşlıq yolu ilə reallaşdırır. Layihə ABŞ və Avropa İttifaqının da böyük marağına səbəb olub. Hətta ABŞ-ın regional sülh müqaviləsini və Zəngəzur dəhlizinin açılmasını dəstəkləməsi bu marşrutun qlobal əhəmiyyətini sübut edir. Avrasiyanın yeni xəritəsində əsas mərkəzin (paytaxtın) harası ola biləcəyi sualına birmənalı olaraq Bakı cavabı verilir. “– deyə Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, bunun coğrafi və strateji səbəbləri var.

“Çindən gələn yollar Mərkəzi Asiyada fərqli ölkələrin (Qazaxıstan, Özbəkistan, Türkmənistan) ərazisindən keçərək şaxələnə bilər. Lakin bu yolların hamısı Xəzər dənizinin şərq sahilinə gəldikdən sonra, Avropaya keçmək üçün yeganə və mütləq qapı Azərbaycandır.”- deyə Cavanşir Feyziyev əlavə edib.

Daha ətraflı videoda:

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Avqust 2026 04:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri