Avro Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası BMT yə rəsmi müraciət ünvanladı
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA - Euro Atlantic Partnership Council of Azerbaijanis) Birləşmiş Millətlər Təşkilatının Baş katibliyinə rəsmi müraciət ünvanlayıb.
Yurd.Media xəbər verir ki, qurumun Baş katibi Sahil Qasımovun imzaladığı müraciətdə EAPCA-nın quruluş tarixi, strukturu və yaranma məramı haqqında geniş məlumat təqdim edilib.
Sənəddə qeyd olunur ki, EAPCA transmilli təşkilat olaraq Avro-Atlantik məkanında fəaliyyət göstərən onlarla diaspor və lobbist təşkilatları tərəfindən təsis edilmiş və Niderland Krallığının rəsmi dairələrində qeydiyyatdan keçərək beynəlxalq status qazanmışdır.
2024-cü ildə Avropanın siyasi paytaxtı sayılan Brüsseldə təsis edilən EAPCA, qısa müddətdə Azərbaycan həqiqətlərinin Avro-Atlantik məkanında geniş tanıdılmasında əhəmiyyətli rol oynamağa başlamışdır. Təşkilat xüsusilə Qərbi Azərbaycan məsələsi və öz torpaqlarından qovulmuş azərbaycanlıların təməl haqlarının müdafiə edilməsində, beynəlxalq arenada Azərbaycan dövlətinin və dövlətçiliyinin, siyasi kursunun dəstəklənməsində mühüm rol oynayan quruma çevrilmişdir.
EAPCA müraciətində beynəlxalq təşkilatları əməkdaşlığa və dünyada sülhün bərqərar olunmasında birgə səy göstərməyə dəvət edir. Sənəddə vurğulanır ki, qurumun rəhbərliyi artıq dəfələrlə BMT-də, UNESCO-da, Avropa Parlamentində, ATƏT-in Varşava ofisində tədbirlər həyata keçirmişdir.
Məlumata görə, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası BMT ilə yanaşı, rəsmi müraciətini digər beynəlxalq təşkilatlara, o cümlədən Avropa Parlamenti, BMT-nin Cenevrə Ofisinə, UNESCO, ATƏT və bir çox digər nüfuzlu qurumlara da ünvanlamışdır.
Baxış sayı:44
Bu xəbər 07 Avqust 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















