Icma.az
close
up
RU
“Avrokuboklar uğrunda mübarizə aparan komandalar iki üç yerli futbolçuya güvənir” ilk dövrənin təəssüratı

“Avrokuboklar uğrunda mübarizə aparan komandalar iki üç yerli futbolçuya güvənir” ilk dövrənin təəssüratı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli premyer-liqasının üçdəbiri – 1-ci dövrəsi başa çatdı.

“Qarabağ” bir oyun az keçirməsinə baxmayaraq, ilk dövrədən sonra 23 xalla liderdi. Ağdamlıların ən yaxın izləyicisi isə 22 xala malik “Turan Tovuz”du. “Sabah” da yaxşı mənada əvvəlki mövsümlərdəki “Sabah”a oxşamır. Sabitlik göstərən Masazır təmsilçisi cəmi bir oyunda məğlub olub, onda da “İmişli”yə. 21 xal yığan Dambrauskasın komandası 3-cü pillədə qərarlaşıb. Heyətinin 90 faizini dəyişən, 10-dan çox futbolçu göndərən və gətirən “Neftçi” isə 7-ci pillədə qərarlaşıb. Bakılılar 11 oyundan sonra cəmi iki məğlubiyyət görsə də, qələbə sayı da üçə bərabərdi. Yavaş-yavaş da Samir Abasova təzyiqlər görünür. Elitada qalmaq uğrunda isə üç komanda mübarizə aparır: “Karvan-Yevlax”, “Qəbələ” və “Kəpəz”.
Birinci dövrənin sürpriz və ümidləri doğrultmayan komandaları hansılar idi? Legioner limitinin ləğv olunduğu ilk dövrədə əcnəbilər necə göründü?
Bu sualları Arif Əsədova ünvanladıq:

“Maraqlı dövrə izlədik. Komandaları üç qrupa bölmək olar: ilk “altılıq”, o “altılığ”a düşmək uğrunda mübarizə aparan komandalar və çempionatda qalmaq üçün oynayanlar. Çempionatda qalmaq üçün “Karvan-Yevlax”, “Qəbələ” və “Kəpəz” mübarizə aparacaq. Məncə, bu il də “Qarabağ” çempionluğa əsas namizəddi. Qalan üç-dörd avrokubok yerləri uğrunda da gərgin mübarizə gedir. Mübarizə turnir cədvəlində də əksini tapır. Çox sıxlıqdı. Demək olar ki, hər turdan sonra turnir cədvəlində dəyişiklik olur. Düzdü, “Neftçi” bu “altılıq”dan geri qalır. Amma iki qələbə qazanmaqla bu zonaya düşə bilər. Keyfiyyətə gəlincə, deyərdim ki, keyfiyyət artıb. Avrokuboklar uğrunda mübarizə aparan komandalar iki-üç yerli futbolçuya güvənir. Qalan komandalar da daha çox legionerlərə güvənir. Legionerlərin keyfiyyəti? Yaxşıları da var. Ad çəkmək istəmirəm, amma layiq olmayanlar da var. Yaxşı olardı ki, az legionerlər olaydı. Əvəzində yerli futbolçuya şans verərdilər. Bir çox komandanın əskikləri var. Düşünürəm ki, fasilədə bu əskikləri aradan qaldırmağa çalışacaqlar. Ümumi götürsək, hələ ki çempionat pis getmir. Dinamika ötən mövsümə baxanda daha yaxşıdı. İlk dövrə üçün “İmişli” özünü yaxşı tərəfdən göstərib. Amma komandanın ehtiyat qüvvəsi də vacibdi. Belə komandaların gücü növbəti dövrələrdə görünəcək. Hansı komandanın heyəti daha genişdisə, üstünlük də onda olur. Liderlər qrupunda “Neftçi”nin olmaması bir az üzücüdü. Amma qarşıda üç dövrə var. Yaxşıya doğru istiqamət ala bilərlər”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri