Icma.az
close
up
RU
Avrokuboklar uğrunda mübarizə nə vəd edir? Ən fəalı Turan Tovuzdur

Avrokuboklar uğrunda mübarizə nə vəd edir? Ən fəalı Turan Tovuzdur

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Misli Premyer Liqasında (MPL) qış fasiləsinin başa çatmasına 1 həftə qalıb. İlin ilk çempionat qarşılaşması yanvarın 17-də keçiriləcək. 19-cu turun açılış matçında "Qarabağ" "Şamaxı"nı qəbul edəcək. Komandaların qısa fasilədən necə faydalandıqlarını, mövsümün qalan bölümünə necə hazırlaşdıqlarını təbii ki, zaman göstərəcək. Amma elita təmsilçilərinin transfer bazarındakı fəaliyyətinə, hazırlıq səviyyəsinə nəzərən indidən müəyyən fikirlər səsləndirmək olar. Bu yazıda avrokuboklara vəsiqə şansı real görünən komandaların nə vəd etdiklərini müəyyənləşdirməyə çalışacağıq.

Autsayder də çempion ola bilər

36 turdan ibarət MPL-in tən yarısı geridə qalıb. Şübhəsiz, nəzəri şanslara diqqət yetirsək, turnir cədvəlində hər şey dəyişə bilər. Məsələn, 9 xalla sonuncu pillədə mövqe tutan "Səbail" bütün matçlarını qələbə ilə başa vursa, iddialılar isə yenilgiləri sıralasa, sonda 63 xalla çempionluğu bayram etmək şansına malikdir. Həmçinin lider "Qarabağ"ın qalan matçlarda uğursuzluqla üzləşəcəyi təqdirdə, Birinci Liqaya düşmək ehtimalı var. Komandaların real potensialı isə fərqli proqnozlara meydan verir.

Yarısının avrokubok şansı realdır

Turnir cədvəlinin ilk 5 pilləsində qərarlaşan kollektivlərin bu ilin yayında Azərbaycanı avrokuboklarda təmsil edəcəkləri əlbəttə ki, daha inandırıcıdır. Lider "Qarabağ"ın 47 xalı varsa, "Araz-Naxçıvan" 39 xalla 2-ci, 32 xala malik "Turan Tovuz" isə 3-cü sıradadır. İlk "3-lüy"ü 30 xala malik "Zirə" təqib edir. 26 xal toplayan "Sabah"ı da mübarizədən qopmamış komanda adlandırmaq olar.

Düzdür, "bayquşlar" istefaya göndərilən xorvat çalışdırıcı Krunoslav Renduliçin yerini tutan rusiyalı mütəxəssis Vasili Berezutskinin rəhbərliyi altında son oyunda olduqca inamsız təsir bağışladılar. Amma 18-ci turda səfərdə "Şamaxı"dan alınan məğlubiyyət (1:3) Masazır təmsilçisinin real potensialıın göstəricisi deyil. Karyerası ərzində ilk dəfə baş məşqçi qismində çalışan Berezutski yəqin ki, həmin görüşdən dərs çıxarmağın vacibliyini anlayıb.

Bəs "Sumqayıt"?

Yuxarıda qeyd etdiyimiz kimi, kağız üzərində bütün elita təmsilçilərinin hər şeyi 180 dərəcə dəyişmək imanı var, lakin futbolda nəzəri şanslar da nisbi anlayışdır. Tutaq ki, hazırda 6-cı pillədə boy göstərən "Sumqayıt" "Sabah"dan cəmi 6 xal geri qalır, lakin 2 matça "əriyə" biləcək fərqdən danışırıqsa, heyətin potensialını da qabartmalıyıq. "Kimyaçılar" bu qış yeni transfer etməsələr də, 3 futbolçu ilə yolları ayırıblar. Onlardan birinin - braziliyalı yarımmüdafiəçi Fernando Medeirosla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilibsə, ekvadorlu orta xətt oyunçusu Cordan Rezabalanın müqavilə yeniləməkdən imtina etməsi olduqca ciddi itkidir.

"Turan Tovuz"a keçən Rəhim Sadıxovun da yarımmüdafiəçi olduğunu xatırlatsaq, vəziyyətin nə dərəcədə mürəkkəb həddə çatdığını anlayarıq. Görünən budur ki, bir neçə gün öncə "gənclik şəhəri" təmsilçisi ilə müqavilə yeniləyən baş məşqçi Vaqif Cavadovu olduqca gərgin iş gözləyir və bu heyətlə avrokubok xəyalları qurmaq necə deyərlər, dəryada balıq sevdasıdır. "Sumqayıt"dan sonrakı - 7-8-ci yerlərdə hərəyə 17 xalla qərarlaşan "Şamaxı" və "Neftçi"nin də vəziyyəti bəllidir. "Aslanlar" elitadakı yerini qorumaq uğrunda mübarizə aparırlarsa, "ağ-qaralar" artıq 4-cü yerdən 13 xal ayırır. Başqa sözlə, cari mövsüm "Neftçi"nin avrokuboklara vəsiqə qazanması möcüzəyə bərabər olar.

İddialıların ən fəalı - "Turan Tovuz"

Türkmən mütəxəssis Kurban Berdiyevin rəhbərliyi altında bu mövsüm iddiasını ortaya qoyan "Turan Tovuz" ölkə xaricinə yollanan yeganə Azərbaycan təmsilçisidir. "Boz qurdlar" transfer çalışmaları baxımından da digərlərini qabaqlayırlar.

Rəhim Sadıxov ("Sumqayıt"), Anton Kraçkovski (Mahaçqala "Dinamo"su, icarə) və Orxan Əliyevi ("Kəpəz") sıralarına cəlb edən Tovuz komandasının fasilədən sonra daha "dişli" görünəcəyini proqnozlaşdırmaq asandır. 

Son söz əvəzi

Qayıdaq yazının girişindəki məqama - avrokuboklara vəsiqə uğrunda mübarizə aparan klubların nə vəd etdiklərinə...

Olavio Juninyo ilə vidalaşmaq üzrə olan "Qarabağ"a yeni oyunçu gəlməyibsə, "Araz-Naxçıvan" və "Sabah"da tam səssizlikdir. Nigeriyalı yarımmüdafiəçi Abbas İbrahimi yola salan "Zirə" də yeni futbolçu ilə güclənməyib. Mövcud heyətlə kifayətlənənlərin strategiyasını başa düşmək asandır. Həm qışda səviyyəli oyunçu tapmaq, onu Azərbaycana gəlməyə razı salmaq çətin işdir, həm də hər şey planauyğun gedirsə, dəyişikliyə nə ehtiyac? Bu kollektivlər üçün hazırda ən vacib məsələ intensivliyi qorumaq və oyun planında bir qədər də "artırmaqdır". 

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://fanat.az
archiveBu xəbər 10 Yanvar 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri