Avrokuboklarda klublar arasında ən çox qələbə qazanan ölkələr müəyyənləşdi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gecə avrokuboklarda III təsnifat mərhələsinin başa çatması ilə cari mövsümdə klubların qazandıqları qələbələrin sayı açıqlanıb.
Oxu.Az xəbər verir ki, Polşa və Kipr komandaları hərəyə 12 qələbə ilə siyahının lideri olub. İsveç klubları 11, Danimarka komandaları 9, Niderland kollektivləri isə 8 qələbə qazanıblar.
Azərbaycan klubları avrokuboklarda Ukrayna, Albaniya, İslandiya, Belarus, İrlandiya, Serbiya, Rumıniya, İsrail, Portuqaliya və Macarıstanla birlikdə hərəyə yeddi qələbə əldə edib. Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələlərində dörd dəfə qalib gəlib, "Sabah" II təsnifat mərhələsində iki, "Araz-Naxçıvan" isə bir dəfə qələbə qazanıb.
Avrokuboklarda ölkələr üzrə qələbələrin sayı belədir:
12 qələbə - Polşa, Kipr;
11 qələbə - İsveç;
10 qələbə - yoxdur;
9 qələbə - Danimarka;
8 qələbə - Niderland;
7 qələbə - Azərbaycan, Ukrayna, Albaniya, İslandiya, Belarus, İrlandiya, Serbiya, Rumıniya, İsrail, Portuqaliya, Macarıstan;
6 qələbə - Şimali Makedoniya, Farer Adaları, Çexiya, Türkiyə, Bolqarıstan, Norveç, Finlandiya;
5 qələbə - Moldova, Avstriya, Şotlandiya, Latviya, Kosovo, Qazaxıstan, Estoniya, Bosniya və Herseqovina, Slovakiya, Sloveniya, İsveçrə;
4 qələbə - Malta, Ermənistan, Xorvatiya, Belçika;
3 qələbə - Cəbəllütariq, Gürcüstan, Litva, Lüksemburq, Yunanıstan;
2 qələbə - Monteneqro, San Marino;
1 qələbə - Lixtenşteyn;
0 qələbə - Uels, Fransa.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Avqust 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















