Joze Mourinyo avrokuboklarda ən çox qələbə qazanan ikinci baş məşqçi olub AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 29 noyabr, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi Joze Mourinyo diqqətçəkən statistikaya imza atıb.
AZƏRTAC OPTA-ya istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində Çexiyada “Slaviya komandası ilə keçirilmiş V tur oyununda (2:1) baş məşqçi kimi 119-cu qələbəsini alıb. Bununla da 62 yaşlı portuqaliyalı çalışdırıcı İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelottidən sonra avrokuboklarda ən çox qalibiyyət əldə edən ikinci mütəxəssis olub.
İtaliyalı baş məşqçinin isə Avropa arenasında 121 qələbəsi var.
Qeyd edək ki, Joze Mourinyonun “Fənərbağça” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Baxış sayı:120
Bu xəbər 29 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















