Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Avropa ABŞ la ticarət müharibəsi üçün polad əsəbə ehtiyac duyur Bloomberg

Avropa ABŞ la ticarət müharibəsi üçün polad əsəbə ehtiyac duyur Bloomberg

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) idxal edilən polad və alüminiuma 25%-lik rüsum tətbiq etməyə hazırlaşır. Bundan əlavə, o, Avropadan idxal olunan "avtomobillər və hər şey” üçün də oxşar tariflər tətbiq edə biləcəyi barədə qeyri-müəyyən xəbərdarlıq verib.  

Qaynarinfo xəbər verir ki, Bloomberg analitiklərinin fikrincə, ən pis halda bu tariflər Avropanın polad istehsalı sektorunda əlavə 12 000 iş yerinin itirilməsinə səbəb ola bilər və avtomobil istehsalçılarını istehsalı ABŞ-a köçürməyə məcbur edə bilər.  

Bu, Trampın ilk ticarət təhdidi deyil. Aİ indiyə qədər sınaqdan keçirdiyi üsullara sadiq qalıb: ABŞ-dan daha çox məhsul almaq təklifləri ilə danışıqlar aparmaq, əks-tariflər tətbiq etməklə cavab tədbirləri görmək (məsələn, Floridadan idxal olunan portağal şirəsinə və Harley-Davidson motosikllərinə rüsum qoymaq) və ya Avropa şirkətlərinin qiymətləri artıraraq və ya ABŞ-da sərmayə qoyaraq zərbəni yumşaltmasına imkan yaratmaq. Lakin bu dəfə bu tədbirlər kifayət etməyə bilər.  

Avropa iqtisadiyyatı Trampın ilk prezidentliyi dövründəkindən daha zəifdir, ABŞ isə qlobal tələbin mühərriki kimi nisbətən güclənib. Bu, danışıqlar taktikası da ola bilər, real razılaşma da, lakin 25%-lik tariflər ciddi məsələdir. Bloomberg-in hesablamalarına görə, bu rüsumlar Aİ-nin ümumi daxili məhsulunun (ÜDM) 1,5%-ni təhlükə altına qoya bilər.  

ABŞ üçün də risklər var  

Meksika və Kanadaya qarşı tətbiq edilən tariflərin ABŞ üçün də mənfi nəticələri olub. Ölkə iqtisadiyyatı ÜDM-in 1,3% azalması və inflyasiyanın artması ilə müşayiət olunan staqflyasiya riski ilə üzləşib. Lakin bu fakt Trampı dayandırmır.  

Qiymət artımı və ya istehsalın ABŞ-a köçürülməsi kimi kompensasiya tədbirləri də Avropa üçün çıxış yolu sayılmır. Aİ hələ də iki variantı sınamayıb.  

Bunlardan biri 2021-ci ildə təklif olunan "məcburiyyətə qarşı alət”dir. Bu mexanizm Aİ üzv ölkələrini xarici bazarların iqtisadi və ticarət təzyiqlərindən qorumağa yönəlib. Nəzəri olaraq, bu alət ABŞ-dan idxala tarif tətbiq etməklə yanaşı, Avropada dövlət müqavilələrindən Amerika şirkətlərini kənarlaşdırmağa da imkan verə bilər.  

İkinci variant isə Aİ daxilində iqtisadiyyatın inkişafına real dəstək verməkdir. Jacques Delors İnstitutunun baş elmi əməkdaşı Elvira Fabriyə görə, Avropa öz daxili bazarını gücləndirmək üçün "təcili addımlar” atmalıdır.  

Aİ-nin səmərəsiz tənzimləmələri və daxili tələbin aşağı səviyyədə qalmasına dözümlü yanaşması onu xarici ticarətdən daha çox asılı vəziyyətə salıb. Bu problemlərin həlli üzv ölkələrə uzunmüddətli strategiya yürütməyə imkan verər və Trampın tariflərinin ABŞ iqtisadiyyatına mənfi təsiri zamanla daha da aydın görünməyə başlayar.  

Trampın Aİ-yə tarifləri – son yeniliklər  

Fevralın 26-da ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin 25%-lik tariflərlə üzləşəcəyini bəyan edib. Bundan əlavə, o, avtomobillərə, kompüter çiplərinə və əczaçılıq məhsullarına əlavə tariflər tətbiq etməyi planlaşdırır.  

O, həmçinin 2018-ci ildə polad və alüminium idxalına verilən istisnaları ləğv etdiyini və mis idxalına da tariflər tətbiq edəcəyini açıqlayıb.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Mart 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri