Avropa Açıq Turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Fevralın 14–15-də Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa Açıq Turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.
Yarışda ölkəni 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək. Şəfəq Həmidova (48 kq), Aydan Vəliyeva, Leyla Əliyeva, Könül Əliyeva (hamısı 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova tatamiyə çıxacaq.
İdmançılara qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək. ACF-nin hakimlər heyətinin üzvləri – A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və B kateqoriyalı beynəlxalq dərəcəli hakim Məhəmmədəli Quluzadə isə ədalət təmsilçiləri arasında yer alacaqlar.
Beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 11 Fevral 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















