Icma.az
close
up
RU
Avropa Birliyinin qara günləri başladı: Qoca qitə də faşizm geri dönür, xaos qaçılmazdır

Avropa Birliyinin qara günləri başladı: Qoca qitə də faşizm geri dönür, xaos qaçılmazdır

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Birliyi süquta doğru istiqamət almağa başlayıb, Tramp adminstrasiyası liberal-qlobalistlərdən Baydenə verdikləri dəstəyin intiqamını alır... Digər tərəfdən, Avropa məkanında ultramillətçi siyasi cərəyanlar da dəstəklənərək gücləndirilir, onların hakimiyyət şansı artırılır, siyasi-iqtisadi böhran təhlükəsi ön plana keçir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, dünya yeni hərbi-siyasi mərhələyə keçid ərəfəsindədir. İkinci Dünya Müharibəsindən sonra qurumuş və indiyə qədər mövcud olan qlobal sistem artıq effektiv deyil. Daha doğrusu, son illərdə baş verən qlobal hadisələr və xüsusilə də, ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra cərəyan edən proseslər mövcud olan dünya düzəninin artıq dağılmaqda olduğunu göstərir. Və bu, yeni dünya düzəninin şərtləri barədə müəyyən narahatlıqları da ön plana keçirməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, mövcud dünya sisteminin əsas müəyyənedici faktorları sırasında Avropa Birliyi də xüsusi yer tutur. Ancaq son illərdə bu nəhəng beynəlxalq alyans özünün süqut dövrünə keçid etmiş kimi görünür. Üstəlik, hazırda Avropa Birliyi özünün ən yaxın qlobal müttəfiq-tərəfdaşı olan ABŞ-ın birbaşa hədəfindədir. Tramp adminstrasiyası bütün istiqamətlərdən Avropa Birliyinə siyasi-ideoloji hücumlara başlayıb. Və bu proses hətta təhdidkar məzmun almaq istiqamətə də yönəlmiş kimi görünür.

Məsələ ondadır ki, "qoca qitə" ölkələrinin siyasi-iqtisadi alyansı olan Avropa Birliyi daha çox demokratiya və insan hüquqları üzərindən ideoloji hegemonluq imperiyası qurmağa can atırdı. Yəni, Avropa Birliyinin siyasi-iqtisadi maraqlarına problem hesab olunan dünya dövlətləri dərhal avtoritarizmdə, demokratiya və insan hüquqlarını kobud şəkildə pozmaqda ittiham olunurdu. Və bununla da Avropa Birliyi "sözə baxmayan" dövləti şantaj edərək, sanksiyalarla hədələyirdi, "qoca qitə" ölkələrinin mənfəətlərinə həssas yanaşmaq məcburiyyətində buraxılırdı.

Artıq bu dövr də arxada qalmaq üzrədir. Çünki Tramp adminstrasiyası da Avropa Birliyinin demokratiya və insan hüquqları üzərindən manipulyasiyalar edərək, ideoloji hegemonluq etməsində maraqlı olmadığını biruzə verir. ABŞ-ın vitse-prezidenti Vens Avropa Birliyi təmsilçilərinin qarşısında çıxış edərkən, onları demokratik dəyərlərdən geri çəkilməkdə, avtoritarizmdə, siyasi rəqiblərinə qarşı təzyiqlərdə və həbslərdə ittiham etdi. Və bununla da, Avropa Birliyinin bütün dünyaya onilliklər boyu keçdiyi "demokratiya dərsi" sona çatmış oldu.

Belə anlaşılır ki, adətən, beynəlxalq rəqiblərini avtoritarizmdə suçlayan Avropa Birliyi ölkələrinin indi özləri "demokratiya imtahanı" verməlidir. Üstəlik, Tramp adminstrasiyasının Avropa Birliyinə qarşı avtoritarizm ittihamları da qətiyyən bir dəfə üçün nəzərdə tutulmuş xəbərdarlıq mesajı kimi görünmür. Çünki Ağ Evin Avropa ölkələrində ultramillətçi siyasi qüvvələri dəstəkləməyə başladığı barədə olduqca ciddi məlumatlar mövcuddur. Və bu, o deməkdir ki, Tramp adminstrasiyası yeni dünya düzənində avropalı liberal-qlobalistləri görmək istəmir.

Ona görə də, hesab etmək olar ki, ABŞ bu mərhələdə Avropa Birliyi məkanında hakimiyyət dəyişikliklərinə də dəstək verməkdən çəkinməyəcək. Üstəlik, bu prosesin artıq başlandığı və getdikcə daha intensiv xarakter aldığı da müşahidə olunur. Belə ki, bəzi Avropa ölkələrində artıq hakimiyyətlər dəyişir, Avstriyada olduğu kimi, digər ölkələrdə də liberal-qlobalistlər ultra millətçilərlə əvəzlənir.

Digər tərəfdən, Fransada son parlament seçkilərini uduzmuş Makron hakimiyyətinin öz səlahiyyət müddətinin sonuna qədər duruş gətirəcəyi artıq inandırıcı görünmür. Fransanın millətçi siyasi düşərgəsi ölkənin Avropa Birliyini, eləcə də, NATO-nu tərk etməsi tələbləri ilə kütləvi etiraz dalğasına start veriblər. Və bu baxımdan, Tramp adminstrasiyası ilə birbaşa təmasla yaxınlaşma imkanları axtaran "sürüşkən siyasət ustası" prezident Emmanuel Makronun ABŞ səfəri onun gələcək taleyini həll edə bilər.

Avropa Birliyinin digər avanqard ölkəsi olan Almaniyada da siyasi məkan qarışmağa başlayıb. Belə ki, Almaniya kansleri Olaf Şolts uzunmüddətli təzyiqlərdən sonra növbədənkənar parlament seçkiləri keçirmək məcburiyyətində qalıb. Üstəlik, bu seçkilərdə Almaniya ultramillətçiləri xüsusi fəallıq göstərirlər. Onların hakimiyyətə gəlmə ehtimalı şübhə ilə qarşılansa belə, istənilən halda, solçu liberalların siyasi mövqelərinə sarsıdıcı zərbələr vurulacağı qətiyyən istisna edilmir.

Belə anlaşılır ki, Avropa Birliyinin "qara günləri" artıq başlayıb. Macarıstanın Baş naziri Viktor Orban da bu reallığı açıq mətnlə vurğulayıb. Onun fikrincə, Avropa Birliyini olduqca çətin aylar gözləyir və Brüsseldəki bürokratlar üçün qarşıdan gələn mərhələ qətiyyən asan keçməyəcək. Və Macarıstan Avropa Birliyinin "qara günlər"ini digər daxili problemlərlə yanaşı, həm də Tramp adminstrasiyasının davranışları ilə arqumentləşdirir.

Baş nazir bildirib ki, ABŞ prezidenti Donald Tramp atdığı cəmisi bir neçə addımla bütün dünyanı alt-üst etdi. ABŞ-da "gender çılğınlığı" sona çatdı, milyarder Corc Sorosun qlobalist təşkilatlarına maliyyələşdirmə dayandırıldı, qeyri-qanuni miqrasiya prosesi bitdi, Rusiya-Ukrayna müharibəsinə dəstək də geri çəkildi. Başqa sözlə, son illərdə Brüssel bürokratlarının Avropa ölkələrinə zorla qəbul etdirməyə çalışdığı hər şey sona çatdı.

Macarıstan baş naziri onu da qeyd edib ki, Tramp adminstrasiyası hazırkı dünya ticarət qaydalarını ümumiyyətlə, poza bilər. Çünki Ağ Ev sahibi hətta Avropa Birliyinə zərbə vursa belə, yalnız ABŞ-ın maraqlarını müdafiə edən maliyyə-iqtisadi siyasət yürütmək niyyətindədir. Ona görə də, Avropa Birliyi istənilən halda, ABŞ ilə iqtisadi əlaqələri qorumaq üçün bir anlaşmaya nail olmaq məcburiyyətindədir. Və belə bir anlaşmanın isə yalnız ABŞ-ın maraqları çərçivəsində mümkün ola biləcəyi də qətiyyən şübhə doğurmur.

Bütün bunlardan belə anlaşılır ki, Avropa Birliyi süquta doğru istiqamət almağa başlayıb. Tramp adminstrasiyası liberal-qlobalistlərdən Baydenə dəstəyin intiqamını alır. Digər tərəfdən, Avropa məkanında ultramillətçi siyasi cərəyanlar dəstəklənərək, fəallaşdırılır. Nəticədə "qoca qitə"də faşizmə meydan açılaraq, irqçilik zəminində daxili toqquşmaların baş vermə ehtimalı artırılır. Və bütün bunların yaxın perspektivdə Avropa Birliyinin dağılmasına, eləcə də, "qoca qitə"də siyasi-iqtisadi xaosun başlamasına yol aça biləcəyi qətiyyən istisna deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Fevral 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri