“Müdafiə, təhlükəsizlik sahələri strateji tərəfdaşlığın əsas sütunlarından biri ola bilər” Ekspert
Icma.az, 525.az saytına istinadən bildirir.
“Böyük Britaniya və Azərbaycan bir çox sahələrdə yaxından əməkdaşlıq etsələr də, keçmiş münaqişə dövründə hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq o qədər də geniş olmayıb. Ümumiyyətlə, əksər Qərb dövlətləri keçmiş münaqişə dövründə hərbi, təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı xeyli məhdudlaşdırmışdılar. Təbii ki, məyyən əməkdaşlıq olub, amma bu məhdud səviyyədə idi”.
Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli Britaniyanın müdafiə naziri Lord Vernon Koakerin Bakıya səfəri, müdafiə, təhükəsizlik sahəsində əməkdaşlığı şərh edərkən deyib.
Ekspert bildirib ki, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində Britaniya da müəyyən rol oynayırdı. Amma bu, o qədər də geniş xarater daşımırdı:
“Münaqişədən sonra biz müşahidə edirik ki, bir sıra Qərb dövlətləri Azərbaycanla həm də hərbi, təhükəsizlik sahəsində əməkdaşlıq etməyə meyillidirlər. Vaxtilə qoyduqları məhdudiyyətləri tədricən aradan qaldırırlar. Düşünürəm ki, Azərbaycanla Britaniya arasında hərbi, təhlükəsizlik, müdafiə sahəsində də əməkdaşlıq inkişaf etdirilə bilər. Bunun üçün ciddi potensial var. Bu sahələrdə əməkdaşlıq həqiqətən də iki ölkə arasında strateji tərəfdaşlığın vacib sütunlarından biri kimi çıxış edə bilər. Çünki hər iki tərəfin bu sahədə də əməkdaşlığı dərinləşdirməklə bağlı ortaq maraqları var”.
M.Məmmədli iki ölkə arasında münasibətləri də dəyərləndirib: “Münasibətlərimiz strateji xarakter daşıyır. Son 30 ildən artıq dövr ərzində iki ölkə müxtəlif sahələrdə yüksək səviyyəli münasibətlər qurub. Məsələn, enerji sahəsində Azərbaycan Britaniya münasibətlərini xüsusi qeyd etmək istəyirəm. Britaniya və bu ölkəyə aid olan BP şirkət Azərbaycanda ən böyük xarici investordur. Vaxtilə Britaniya şirkəti Azərbaycanda enerji resurslarının istehsalında, hasilatında böyük rol oynayıb. Bu gün də enerji sahəsində əməkdaşlıq davam etdirilir. Humanitar sahədə də iki ölkə arasında yaxın əməkdaşlıq qurulub. Xüsusilə nəzərə almaq lazımdır ki, ingilis dilinə, ingilis mədəniyyətinə Azərbaycan cəmiyyətində hər zaman böyük maraq olub”.
Ekspert digər istiqamətlərdən biri kimi siyasi-diplomatik müstəvidə əlaqələri vurğulayıb. Bildirib ki, Azərbaycan münaqişə dövründə və ondan sonra da hər zaman Qərb dünyasında Britaniyanı özünə daha yaxın, strateji tərəfdaşlıq münasibətləri olan ölkələrdən biri hesab edib:
“Britaniya da Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verib. Nəzərə almaq lazımdır ki, Britaniya həm siyasi, həm iqtisadi, hərbi baxımdan dünyanın ən əsas ölkələrindən biridir, zəngin diplomatiya məktəbi var. Belə bir dövlət regionun aparıcı ölkəsi olan Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir. Qarşılıqlı və ortaq maraqlar iki ölkənin münasibətlərinin davamlı olmasına, strateji səciyyə daşımasına səbəb olub. Ölkələrimizin əməkdaşlığında daha bir istiqamət hərbi, müdafiə, təhlükəsizlik sahəsində ola bilər. Hesab edirəm ki, bu sahədə də hər iki ölkə əməkdaşlığı dərinləşdirəcək”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 05 Dekabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















