Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Böyük yol: mifik təfəkkürdən süni intellektə Kamal Abdullaya 75

Böyük yol: mifik təfəkkürdən süni intellektə Kamal Abdullaya 75

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Nigar HAQVERDİYEVA
Azərbaycan Dillər Universitetinin baş müəllimi

Antik düşüncənin mifik təfəkkürlə başlaması fikri filoloji anlamda gün kimi aydın olan məsələdir. Ədəbi fikir dünyası, söz yaradıcılığının başlanğıcı da antik dövrü əks etdirməklə ədəbi mühitə ayaq açıb. Ancaq elmin rasional düşüncə tarixinə nə vaxt qədəm basması bəşər tarixində fəlsəfi fikirlərin formalaşması ilə başlandığı məlumdur.

Müasir dövrümüzdə isə, qəribə səslənsə də, elmi və ədəbi fikirləri ayrı-ayrılıqda təsəvvür etmək olmur, hər ikisi fərqli sahələr olsa da, hazırda elmi fikir də, ədəbi fikir dünyası da bir vəhdət təşkil edir. İlk dəfə böyük alimimiz Azad Mirzəcanzadə, hələ sağlığında adətən tələbələr qarşısında elmi mühakimələrlə çıxış edərkən, bir çox elmi nəzəriyyələri analiz edərkən ədəbi fikirlərlə, musiqi nəzəriyyəsi ilə çoxlu müqayisələr aparardı. Uzaqgörən alim ədəbiyyatın da hətta gələcəkdə elmiləşməsi fikrini irəli sürmüşdü.

Mifik təfəkkürün aparıcı xətti olan türk dünyasının əbədiyaşar təfəkkür beşiyi sayılan "Dədə-Qorqud dastanı" akademik Kamal Abdullanın fərqli analitik tədqiqi ilə müasir dövrün qabaqcıl, qlobal elmi yanaşması olan qeyri-səlis məntiq elmi ilə yaxşı mənada toqquşdu. Elmi nəzəriyyəyə görə materiyalar arasında toqquşma baş verərkən ilk baxışda dağılma effekti yaransa da, "toqquşma" heç də həmişə dağılma məhv olma anlamına gəlmir, yeni bir fiziki hadisənin yaranmasına səbəb olur və nəticə isə hansısa yeni bir maddənin yaranmasına gətirib çıxarır. Recycle nəzəriyyəsi ilə dünyada heç nə dağılmır, əslində bu dağılma nəticə olaraq yeni bir mahiyyətin yaranmasına səbəb olur. Bu, belə olub, həmişə belə də davam edəcək, lap kainatın özündə olduğu kimi. Ədəbi tənqiddə də belə oldu, Kamal Abdullanın təqdim etdiyi özünəməxsus analizləri ilə Rafiq Əliyevin davamçısı olduğu Lütfi Zadənin məşhur qeyri-səlis nəzəriyyələri toqquşdu və ədəbi fikir tarixində yeni yanaşmanın ortaya çıxmasına yol açdı.

Yaşayan əbədi dastan adını qazanmış ulu "Dədə-Qorqud", Kamal Abdulla qələmi, araşdırması ilə, yeni və fərqli yanaşmada tədqiqi "Dədəm-Qorqud"u ulu fikir atamız kimi yeni dünyada yenidən dirçəltdi. Çoxdan keçmişə qovuşmuş türk əbəbi fikir Dədəsinin bizə qoyduğu söz və deyim mirasını Kamal Abdulla XXI əsrdə yeni nəfəslə bir daha həyata qaytardı və yeni yanaşma və fərqli açıqlamaları, baxışları ilə yeni nəslə təqdim etdi. Almaz cilalandıqca daha qiymətli olar, Kamal Abdulla da "Dədəm- Qorqud"u novator fikirləri ilə cilalayaraq ədəbi cameəyə təqdim etdi. Bu baxımdan "Kitabi-Dədə Qorqud və Qeyri-səlis məntiq" kitabı dastanın dil quruluşunun, dil sisteminin fərqli anlamda araşdırılmasının məntiqi nəticəsidir.

Dil təfəkkürün maddi təzahürü olduğu üçün dilin daşıdığı böyük bir yaddaş funksiyası da olması elmi faktdır. Bu cür yanaşmadan çıxış edərək bildirmək olar ki, dilin malik olduğu bu qeyri-adi özəllik xüsusiyyətləri elə qeyri-səlis məntiqlə düz münasibdir. Axı təfəkkür özü də qeyri-səlis məntiqin daşıyıcısı kimi dilə təsirsiz ötüşməyə bilməz. Məntiqi yanaşmamız Kamal Abdulla və Rafiq Əliyev kimi ustad alimlərin birgə ərsəyə gətirdikləri "Kitabi-Dədə Qorqud və Qeyri-səlis məntiq" kitabı dastanın yeni tərzdə araşdırılmasında müstəsna rol oynayır. İlk dəfədir ki, filoloji mətn praqmatik aspektdə və dəqiq elmi məntiq nəzəriyyəsi kimi qeyri-səlis məntiq anlayışı ilə tədqiq edilir. Müəlliflər yazırlar:

"Bəri başdan qeyd edək ki, qeyri-səlis məntiq hər şeydən əvvəl şübhələrin, tərəddüdlərin, bəlkələrin məntiqidir. Axtarışların məntiqidir. Cəhdlərin və canatmaların məntiqidir. Yeni üfüqlərin aranmasının və kəşf edilməsinin məntiqidir. Bu məntiq elə-belə ortaya çıxmır. O həm də öz dərinində gizlənən və bütün bu "bəlkələr" üçün özündə seçim imkanı saxlayan dərindəki, gizlindəki ideolojisi ilə üzə çıxır (sanki atası Zevsin başından tam hərbi əlbisəsini əyninə geyinmiş Afina Pallada doğulur) və beləliklə, binar qarşıdurmalar hakimiyyətinə son qoyulur". Dərin düşüncə ilə yanaşılanda həqiqətən bu insanı bütün mərhələlərdə əhatə edən hadisələrin məntiqi əsasını təşkil edir. Bu məntiq əsasında qeyri-mümkünün mümkün olduğu qeyd edilir.

Digər bir yerdə isə belə bir fikir emalına rast gəlirik:

"Qeyri-səlis çoxluqlar bədii mətnin təhlilində linqvistik informasiyanın üzərinə qoyulan məhdudiyyətləri ehtiva edən tutarlı bir vasitədir. Mətndə təsvir edilən hərəkət və hadisə ilə bağlı natamam məlumat verildikdə, bu, ona olan inamı azaldır. Beləliklə, linqvistik informasiyanın emalı zamanı biz hərəkətin və ya hidisənin necə baş verdiyini və ya necə olacağını göstərən feilin modallığına xüsusi diqqət yetirməliyik".

Başqa bir yerdə isə deyilir:

"Bu aspektdə təbii dil perseptiv informasiyanın, yəni bilavasitə ölçülə bilməyən informasiyanın təsvir sistemi kimi qəbul olunur. Bu sütunun özülündə ehtimal nəzəriyyəsi yox, mümkünlük nəzəriyyəsi durur..."

Bu kimi qiymətli analitik fikirlər "Kitabi-Dədə Qorqud və Qeyri-səlis məntiq" kitabında olduqca zəngindir. Maraqlısı budur ki, tədqiqat kimi bu əsər dastanın özü qədər həm zəngin, həm də dərin analitik fikirlərlə doludur və insanın qarşısında düşündürücü ənginliklər, üfüqlər açaraq bizi bir daha dastanı və eləcə də, qədim türk fikir tarixini dərindən öyrənməyə vadar edir.

"Kitabi-Dədə Qorqud" dastanı dil elementləri və strukturu baxımından dilin dərin köklərinə malik olduğundan qeyri-səlis məntiq nəzəriyyəsi ilə aydın və səlis analizə oluna bilir. Dədə Qorqud dastanı qeyri-səlis məntiqi ilə təhlil edilərkən daha fərqli anlaşımla təzədən canlanır və dastanı daha aktual edir.

Türkiyədə dərc olunmuş dərgilərdə Dədə-Qorqud dastanını nahaq yerə "Yaşayan bir sistem kitabı" adlandırmırlar. Bu fikirdən çıxış edərək deyə bilərik ki, dastan- özündə antik türk dil ünsürlərini bu günümüzə qədər daşıyan bir sistem kimi bəşər övladının tək dilə münasibəti deyil, dillə birgə əvvəllərin özündə daşıdığı qədim düşüncə tərzinin, qədim mədəniyyətin yaşayan təcəssümüdür.

Görkəmli alimlərimiz Kamal Abdulla və Rafiq Əliyevin birgə ərsəyə gətirdikləri bu əvəzsiz novator kitab ilə böyük alim Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsinin sosial və humanitar elm sahələrində də tətbiq olunması arzusunu da həyata keçirmiş olublar.

Bir oxucu kimi əminliklə deyə bilərəm ki, Kamal Abdulla antik düşüncəni muasirləşdirən, cavanlaşdıran, yeni tərzdə həyata qaytaran və gələcək ədəbi irsə çevirən görkəmli ədib və alim kimi tarixdə qalacaq!

Kamal müəllim ahıl və müdrik ömrünü olduqca zəngin yaşayıb. Ədibin dərc olunmuş kitablarına həm elmi, həm də ədəbi əsərləri aiddir. K.Abdulla "Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri", "Azərbaycan dili sintaksisinin nəzəri problemləri", "Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik", "Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər" , "Azərbaycanca danışaq", "Müəllif - əsər - oxucu" , "Əvvəl - axır yazılanlar", "Gizli Dədə Qorqud", "Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud - 2" , "Kitabi-Dədə Qorqud" dastanının poetikasına giriş", "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox...", "Sirlərin sərgüzəşti", "Laokoon, Laokoon..." "Tarixsiz gündəlik" və bir çox digər kitabların müəllifidir.

Kamal Abdullanın bədii əsərləri - pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, Ukrayna, fin, ərəb, yapon, Monteneqro, Litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunub və nəşr edilib. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub.

Ancaq onu da qeyd etməliyik ki, Kamal müəllim həm də gözəl insani keyfiyyətlərə malikdir. O, ali təhsil ocağının rəhbəri kimi müəllimləri, tələbələri daim diqqətdə saxlayır və köməyini əsirgəmir, hamıya xoş münasibət göstərir, həmişə hər bir əməkdaşa qayğıkeşliyi ilə diqqət çəkir. Kamal müəllimin rəhbərliyi dövründə universitetimizdə bir çox yeniliklər edilib, təzə mədəni mərkəzlər yaradılıb, təhsilə töhfə olan bir çox işlər görülüb.

Hörmətli rektorumuz Kamal Abdullaya cansağlığı, elmi və ədəbi yaradıcılıq uğurları, yeni-yeni əsərlər arzulayırıq! 75 illik yubileyiniz mübarək olsun, Kamal müəllim!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri