Böyük Britaniya Ermənistanda ilk müdafiə rezidentini niyə məhz indi təyin etdi?
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük Britaniya Ermənistanda ilk müdafiə rezidenti təyin edib. Mayor Tomas Şorland Bolun bu vəzifəyə gətirilməsi Londonun İrəvanla hərbi-müdafiə əməkdaşlığını genişləndirmək niyyətini göstərir.
Ermənistan isə bu addımı müdafiə islahatlarına dəstəyin yeni mərhələsi kimi təqdim edir. Bu, həm də Böyük Britaniyanın regionda təhlükəsizlik dialoqunu gücləndirməyə yönəlmiş siyasi-hərbi mesajı kimi qiymətləndirilir.
Maraqlıdır, London nəyə görə məhz indi Ermənistanda müdafiə rezidenti təyin etməyə qərar verdi?
Böyük Britaniyanın Ermənistanda ilk müdafiə rezidentini təyin etməsi təsadüfi qərar deyil, regiondakı geosiyasi dəyişikliyin nəticəsidir. London uzun müddət Cənubi Qafqazda əsasən enerji, iqtisadi və diplomatik platformalarda aktiv olsa da, hərbi-siyasi mövcudluq nümayiş etdirmirdi. Məhz indi bu addımı atması bir neçə paralel prosesin üst-üstə düşməsini göstərir.
Məsələn, Rusiyanın bölgədə təsirinin zəifləməsi, yaranan boşluğun doldurulması
Ukrayna müharibəsindən sonra Moskvanın Cənubi Qafqazdakı nüfuzu ciddi şəkildə eridi. Ermənistanın da KTMT-dən uzaqlaşması, rus hərbi bazalarına etimadın azalması və Paşinyan hökumətinin açıq Qərbə yönəlməsi regionda boşluq yaradıb. Böyük Britaniya bu boşluğu strateji fürsət kimi görür. Yəni London indi gəlir, çünki artıq Rusiya əvvəlki kimi veto qoyan regional güc deyil.
Digər tərəfdən, Ermənistanın Qərbə yönümlü təhlükəsizlik kursu məsələsi də var. Yəni Paşinyan hökuməti son iki ildə açıq şəkildə təhlükəsizlik sistemini Qərbə inteqrasiya etməyə çalışır. NATO ilə təlimlərin artırılması, Fransanın silah satışı, Avropa İttifaqının müşahidə missiyası və İrəvanın KTMT-dən faktiki çıxması Ermənistanı “yeni tərəfdaşlıq pəncərəsi”nə çevirib. Böyük Britaniya bu pəncərə bağlanmadan mövqeyini almağa çalışır.
Üstəlik, Britaniyanın post-Brexit regional strategiyasını unutmaq olmaz.
Daha dəqiq desək, Brexitdən sonra London qlobal siyasətdə daha müstəqil oyunçu kimi yeni regionlarda möhkəmlənmək istəyir. Qafqaz da buna daxildir. Müdafiə rezidentinin təyinatı göstərir ki, Britaniya Cənubi Qafqazda yalnız iqtisadi aktor yox, həm də təhlükəsizlik aktoru olmaq niyyətindədir. Bu addım Fransanın bölgədə aktivləşməsinə cavab kimi də görünə bilər.
Bir sözlə, Böyük Britaniyanın qərarı həm Ermənistanın Qərbə inteqrasiyasına “siyasi möhür”, həm də Rusiyanın zəifləyən təsiri fonunda yeni güc balansı yaratmaq cəhdidir.
Günay
Baxış sayı:38
Bu xəbər 05 Dekabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















