Avropa çempionatı: Azərbaycanın FIFA referisi Almaniya İtaliya oyununa təyinat alıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.
AZƏRTAC xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Almaniya - İtaliya oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isə litvalı Manfredas Lukyançukas olacaq.
İyunun 22-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın FIFA referisi Xorvatiya yığmasının oyununa təyinat alıb
12 Noyabr 2025 10:37
Azərbaycanın FIFA referisi “Napoli”nin oyununa təyinat alıb
31 Oktyabr 2025 17:33
Azərbaycanın FIFA referisi “Çelsi”nin oyununa təyinat alıb
08 Dekabr 2025 13:54
Azərbaycanın FIFA referisi yeni təyinat alıb
22 Noyabr 2024 23:38
Baxış sayı:59
Bu xəbər 20 İyun 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















