Fənər in sabiq üzvü Sərgən Yalçını yıxıb sürüdü prezidentin yerində olsam, onu bu gün qovardım
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məlum olduğu kimi ''Beşiktaş'' Türkiyə kubokunda qrup mərhələsinin 1-ci turunda səfərdə ''Fənərbaxça''nı 2:1 hesabı ilə məğlub etdi.
Matçın ardından böyük sevinc yaşayan qonaqlarda paltardəyişmə otağında çəkilən bir şəkil müzakirələrə səbəb oldu. Həmin şəkildə baş məşqçi Sərgən Yalçının futbolçuların əhatəsində masanın üzərində uzanması diqqət çəkdi. Bu görüntü ''Fənər''in sabiq futbolçusu Ümit Özatı qəzəbləndirib.
Bir ara baş məşqçi kimi çalışan, hazırda isə işsiz olan Özat ''Sky Spor'' adlı ''yutub'' kanalında Yalçın haqda sərt fikirlər səsləndirib:
''Beşiktaş''lıların bu durumu mənə bilirsiz kimi xatırladır? ''Trabzonspor''un çempion olduğu mövsümdə ''Fənərbaxça''lılar da ''Qalatasaray'' üzərində səfər qələbəsini bu cür qeyd etmişdilər. Liderdən 10 xal geridə olsalar da, həmin qələbə çox böyük təmtəraqla qeyd edilmişdi. İndi də bənzər durum yaranıb. Sərgən Yalçının düşdüyü vəziyyətə baxın. Sən çempionatda liderdən 13 xal geridəsən. Mən 13 xal geridə olsam, bu cür şəkildə ümumiyyətlə yer almaram. Sevinərəm, amma bu şəkildə qeyd etmərəm. Bəlkə xəbərimiz yoxdu, UEFA kubokunu qazanmısız? Qələbə analarının ağ südü kimi halaldı. Amma bu cür sevinməyə nə deyəsən? Sərgən Yalçın artıq bu işi şouya çevirib. Liderdən 13, ikinci pillədən 10, üçüncü pillədən 6 xal geridə olan komanda sanki ÇL-in qalibi olubmuş kimi sevinir. Sərgən hoca artıq yaşlanıb. 2021-ci ildə son turda ''Göztəpə''ni məğlub edib çempion olduqda belə bu qədər sevinməmişdi. ''Beşiktaş'' 13 futbolçusundan məhrum olan ''Fənərbaxça'' üzərində qələbəni bu cür şəkildə qeyd edirsə, bu, klubun tarixinə və böyüklüyünə zərbə endirmir. Amma indiki səviyyəsinin böyüklüyünə zərbə endirir. Başqan Sərdal Adalının yerində olsam, Sərgən Yalçını bu gün qovardım''.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 24 Dekabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















