Avropa çempionatına vəsiqə qazanan fiqurlu konkisürənimiz: “Xəyalım reallaşdı” FOTO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Dünən bir xəyalım reallaşdı”.
İdman.Biz xəbər verir ki, bu sözləri fiqurlu konkisürmə üzrə Avropa çempionatına vəsiqə qazanan Nərgiz Süleymanova şəxsi “Instagram” hesabındakı paylaşımda qeyd edib.
“Azərbaycan bayrağını qaldırmaq mənim üçün böyük şərəf idi. Mənə güvənib bu imkanı verdiyi üçün federasiyama dərin təşəkkürümü bildirirəm”, - deyə o bildirib.
Qeyd edək ki, Nərgiz Süleymanova noyabrın 27-30-da İstanbulda keçirilən “Bosfor Kuboku”nda qısa və sərbəst proqramda 26 idmançı arasında 156,53 xal toplayaraq, qızıl medala sahib çıxıb və Avropa çempionatına vəsiqə qazanıb.
Həmin yarışda Arina Kaluqina (154.85 xal ) beşinci, Səbinə Əliyeva (137.22 xal) isə altıncı yeri tutublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















