Avropa çempionu toyundan sonra öldü
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Atletika üzrə Avropa çempionu və iOlimpiya Oyunlarının iştirakçısı iştirakçısı Siara Macian vəfat edib.
Ailəsi onun ölümünü rəsmi “Instagram” səhifəsində elan edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, noyabrın 1-də, yerli vaxtla səhər saat 6:30-da xəstəliklə mübarizə apardıqdan sonra vəfat edib.
Ötən ilin iyul ayında Macian həkimlərin ona bağırsaq xərçəngi diaqnozu qoyduğunu açıqlayıb.
Məlumata görə, Macianın ölümü toyundan bir neçə həftə sonra baş verib. O, 2026-cı ilin oktyabrında partnyoru Tomas Moranla evlənib.
Siara Macian atletikada əhəmiyyətli uğurlar qazanıb. 2024-cü ildə 1500 metr məsafəyə qaçışda Avropa çempionu olub. O, həmçinin 2022-ci il Avropa Çempionatında gümüş, 2016-cı il Avropa Çempionatında isə bürünc medal qazanıb.
İdmançı həmçinin Şimali İrlandiyanı iki dəfə - 2016-cı ildə Rio-de-Janeyroda və 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında təmsil edib. Braziliya Olimpiadasında o, 1500 metr məsafəyə qaçışda yarımfinala yüksəlib, lakin Tokioda kvalifikasiya mərhələsindən keçə bilməyib.
Milli səviyyədə Macian həmçinin bir neçə dəfə çempionluq qazanıb. O, 800 metr məsafəyə qaçışda dörd dəfə, 1500 metr məsafəyə qaçışda isə üç dəfə milli çempionluq qazanıb.
Baxış sayı:119
Bu xəbər 02 Noyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















