Icma.az
close
up
RU
Avropa çimərliklərində gənc qadınlar arasında üstsüz günəşlənmə azalır 3 səbəb

Avropa çimərliklərində gənc qadınlar arasında üstsüz günəşlənmə azalır 3 səbəb

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın IFOP şirkətinin araşdırmasına görə, 2000-ci illərin ortalarından 2019-cu ilədək Avropada çimərliklərdə müntəzəm olaraq üstsüz günəşlənən qadınların orta sayı 10 faiz azalıb.

Qaaynarinfo xəbər verir ki, bu barədə “The Olive Press” məlumat yayıb.

Araşdırılan ölkələr arasında İspaniya çimərliklərində üstsüz günəşlənən qadınların illik payı ən yüksək olub və azalma da ən aşağı səviyyədə qeydə alınıb. Bununla belə, burada aydın demoqrafik dəyişiklik müşahidə olunur.

Məlumata görə, üstsüz günəşlənmək İspaniya çimərliklərində 50 yaşdan yuxarı qadınlar arasında hələ də populyar olaraq qalır. Gənc nəsil isə bu praktikadan getdikcə daha az istifadə edir. Bu tendensiya Avropanın digər ölkələrində də müşahidə olunur.

İspan sosioloq, doktor Patrisiya Soley-Beltranın sözlərinə görə, Avropa çimərliklərində üstsüz günəşlənmənin populyarlığının zirvəsi 1980-ci illərə təsadüf edib. Həmin dövrdə bu, azadlığın ifadəsi və özünüifadə vasitəsi kimi qəbul olunurdu.

Lakin gənc nəslin bu yanaşmadan uzaqlaşdığı görünür. Araşdırma bunun bir neçə əsas səbəbinin olduğunu göstərir.

Sorğuda iştirak edən gənc qadınlar çimərlikdə sinələrini açmamaqlarının üç əsas səbəbini göstəriblər. Respondentlərin 50 faizi cinsi zorakılığa məruz qalmaq qorxusunun onları çəkindirdiyini bildirib. 48 faiz kişi tərəfindən arzuolunmaz baxışları və ədəbsiz şərhləri səbəb kimi göstərib.

Üçüncü ən geniş yayılmış səbəb isə şəkillərinin çəkilərək sosial şəbəkələrdə paylaşılması qorxusu olub. Sorğuda iştirak edənlərin 46 faizi bu narahatlığı ifadə edib.

Ekspertlərə görə, bu dəyişiklik gənc nəsil arasında “puritanizm və konservatizm dalğasının” güclənməsi fonunda baş verir. Səyahət və həyat tərzi üzrə ekspert Anabel Vaskes də bu tendensiyaya diqqət çəkib.

Beləliklə, bir vaxtlar azadlıq və özünüifadənin simvolu hesab edilən üstsüz günəşlənmə gənc avropalı qadınlar arasında əvvəlki populyarlığını tədricən itirir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Avqust 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri