Icma.az
close
up
RU
Avropa dövlətlərin Avropa Ordusu SEVDASI: “Hərbi xidmətə meylli olan gənclər çox azdır”

Avropa dövlətlərin Avropa Ordusu SEVDASI: “Hərbi xidmətə meylli olan gənclər çox azdır”

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

“Avropa ordusunun yaranması üçün 10-15 il lazım olacaq”

Bu sözləri Avropa ordusunun yaranması yönündə iddiaları Yenicag.az-a dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Hərbi ekspert bildirib ki, Avropa ordusunun yaranmasına mane olacaq qüvvələr var:

“Avropa ordusunun yaranması ilə bağlı birinci dəfə deyil ki, təkliflər irəli sürülür. Avropa İttifaqının başına gələn bəlalar da bu ordunun yaranması meylindən irəli gəlir. Prinsip cəhətdən NATO-nun əsasını Avropa İttifaqının ölkələri təşkil edir. Əgər Avropa İttifaqı öz ordusunu yaradarsa, təbii ki, NATO-nun gələcəyi sual işarəsi altında olacaq. Avropanın potensialı NATO-da böyükdür və yetərli qədərdir. Bu ordunun yaranması yönündə söhbətlər yarananda Ukrayna müharibəsi başladı”

Polkovnikin fikrincə, Avropa Ordusunun yaranması üçün 10-15 il vaxt lazım olacaq:

“Burda birinci növbədə iqtisadi amillərdir. Ağır sənaye Avropada rentabelliyini itirib. Buna səbəb isə enerji daşıyıcılarının qiymətinin artması oldu və bu sənayelər ABŞ-yə keçdi. Digər tərəfdən, hərbi sənaye kompleksinin Ukrayna müharibəsinə görə boşalan anbarların yerini doldurması üçün müddət lazımdır. Eləcə də Avropada hərbi xidmətə meylli olan gənclər çox azdır. Avropa İttifaqı ordu yaratmaq istəsə, ona mane olan qüvvələr olacaq. Bu maneçilik həm ABŞ tərəfindən ola bilər, həm də Rusiya olacaq”.

“Avropanın ordu yaratmaq ehtimalı ona görə azdır ki, əgər Tramp siyasətini axıra qədər yerinə yetirsə, Avropa İttifaqının parçalanması da gündəmə gələ bilər. Böyük Britaniya artıq Avropa İttifaqından çıxıb. Almaniyada Yeni Almaniya partiyası dominantdır. Onların siyasəti Rusiya ilə münasibətləri bərpa etmək, Ukraynaya yardım etməmək və Avropa İttifaqından çıxmaq yönündədir. Əgər Almaniya Avropa İttifaqından çıxsa, o qurumun bir mənası qalmır”, – deyə Ş. Ramaldanov fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 19 Fevral 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri