Icma.az
close
up
RU
Avropa energetika məsələlərində yeni reallıq ilə qarşılaşıb

Avropa energetika məsələlərində yeni reallıq ilə qarşılaşıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Budapeşt, 4 aprel, AZƏRTAC

Macarıstan mediası enerji bazarlarında artan həyəcan siqnalları qeydə alır ki, bu da mövcud vəziyyətin əvvəllər göründüyündən daha dərin bir böhrana çevrilə biləcəyini göstərir.

AZƏRTAC Macarıstan informasiya agentliklərinə istinadla xəbər verir ki, İranla bağlı münaqişənin kəskinləşməsi və Hörmüz boğazının bağlanması qlobal enerji təchizatında sabitliyi bir daha pozub. Avropa İttifaqı formal olaraq bu marşrutdan təchizat baxımından 2022-ci il böhranı dövründə olduğundan daha az asılı olsa da, ekspertlər sabitlik hissinin xəyali ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Medianın məlumatına görə, qlobal mayeləşdirilmiş təbii qaz təchizatının təxminən 20 faizi boğazdan keçir, lakin Aİ-nin payı cəmi 8 faizdir. Bu, dərhal baş verə biləcək çatışmazlıq riskini azaldır, lakin qiymətlərin artmasından qorumur. Münaqişə davam edərsə, enerji qiymətlərinin artması Avropa üçün milyardlarla dollarlıq əlavə xərclərə və iqtisadi rəqabətin daha da azalmasına səbəb ola bilər. Macarıstan mediasının digər xəbərlərində bunun əsasən təchizat böhranı olduğu, Avropa siyasətinin isə tələbatın məhdudlaşdırılmasına yönəldiyi vurğulanır. Bu yanaşma bazarın struktur problemlərini həll etməyən müvəqqəti tədbir kimi qəbul edilir.

Artan neft qiymətləri təzyiqi artırır: analitiklər Yaxın Şərqdəki gərginlik fonunda neftin bir barelinin qiymətinin 120-150 dollara qədər qalxa biləcəyi barədə xəbərdarlıq edirlər.

Bu məsələlərlə bağlı Macarıstan mediası ortaq məxrəcə gəlir: Avropa uzunmüddətli enerji qeyri-müəyyənliyi dövrünə qədəm qoyur və burada əsas çətinliklər yüksək qiymətlər, idxaldan asılılıq və yeni qlobal şərtlərə uyğunlaşmaq zərurəti olacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Aprel 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri