Icma.az
close
up
RU
Gizli təriqət ifşa olundu: Məşhur simalar var Niyə III Dünya müharibəsi?

Gizli təriqət ifşa olundu: Məşhur simalar var Niyə III Dünya müharibəsi?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

ABŞ mərkəzli proqram təminatı şirkəti "Palantir”in həmtəsisçisi Piter Tilin gizli bir icma yaratdığı iddia edilib. "Dialog” adlı bu qapalı cəmiyyətə aid qeydlərin sızdırıldığı bildirilərkən, burada yüksək vəzifəli siyasətçilərin, iş adamlarının və texnologiya sektorunun aparıcı fiqurlarının yer aldığı diqqət çəkib. Cəmiyyətin keçirdiyi sessiyalar arasında "III Dünya müharibəsi” kimi mövzuların olduğu irəli sürülüb.

Qaynarinfo xəbər verir ki, məlumat analitikası və proqram təminatı şirkəti "Palantir Technologies”in həmtəsisçisi Piter Til tərəfindən yaradıldığı iddia edilən "Dialog” adlı gizli topluluğa aid qeydlərin sızdırıldığı bildirilir. Cəmiyyətdə yüksək vəzifəli siyasətçilərdən tutmuş texnologiya nəhənglərinin rəhbərlərinə qədər geniş bir iştirakçı siyahısının olduğu iddia edilib.


Adlar, sənədlər və gizli görüşlər

ABŞ mərkəzli "Wired” jurnalının xəbərinə görə, 2006-cı ildə Piter Til tərəfindən yaradıldığı iddia edilən "Dialog” adlı qapalı strukturun daxili qeydləri isveçrəli bir kibervolontyor tərəfindən ortaya çıxarılıb.

İddialara əsasən, yalnız dəvətlə üzv qəbul edən bu cəmiyyət ABŞ siyasətçilərini, xarici hökumət nümayəndələrini, maliyyə dünyasının tanınmış isimlərini və Silikon Vadisi rəhbərlərini qapalı toplantılarda bir araya gətirib.

Sızdırıldığı iddia edilən siyahıda NATO-nun Avropadakı Müttəfiq Ali Komandanı (SACEUR) general Aleksus Qrinkeviç, ABŞ Maliyyə naziri Skott Bessent, Demokrat senator Kori Buker, Respublikaçı senator Ted Kruz, "LinkedIn”in qurucusu Rid Hoffmann, iş adamı İlon Mask, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas, "Palantir” həmtəsisçisi Co Lonsdeyl və ABŞ Quru Qoşunları katibi Den Driskoll kimi adların olduğu irəli sürülüb.


Sessiyanın adı: III Dünya müharibəsi

"Wired” jurnalının araşdırdığı toplantı proqramında "təriqət qurmaq”, "pul xoşbəxtlik ala bilərmi?”, "nüvə silahlarına dönüş”, "III dünya müharibəsi” və "müharibə meydanı texnologiyaları” kimi başlıqların yer aldığı qeyd edilib.

Proqramda həmçinin keçmiş Ağ Ev milli təhlükəsizlik rəsmisinin moderatorluğu ilə "siyasi partiya qurmaq” adlı bir sessiyanın da olduğu bildirilir.

İddialara görə, "Dialog” yalnız siyasi və iqtisadi müzakirələrlə məhdudlaşmayıb, üzvlər arasında sosial əlaqələri gücləndirməyə yönəlmiş onlayn tətbiq də hazırlayıb.

Sözügedən tətbiqin subay üzvlər arasında romantik münasibətlərin qurulmasını təşviq etməyə yönəldiyi də iddialar arasındadır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 İyun 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri