Icma.az
close
up
RU
Avropa İttifaqı Cənubi Qafqazda nə qazandı, nə itirdi? Tərəfkeş siyasət bölgədə gərginliyi artırır

Avropa İttifaqı Cənubi Qafqazda nə qazandı, nə itirdi? Tərəfkeş siyasət bölgədə gərginliyi artırır

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin toplantısında Ukrayna, Suriya, Afrika və Qərbi Balkanlarla yanaşı, Azərbaycan və Ermənistan məsələləri də müzakirə gündəmində yer aldı. Bu, Aİ-nin Cənubi Qafqaz mövzusunu prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirdiyini göstərir. KİV-in məlumatına görə, iclasda Ermənistana “Sülh Fondu” adlanan mexanizmdən 10 milyon avro məbləğində növbəti hərbi yardım tranşı təşəbbüs kimi irəli sürüldü. 

Lakin Macarıstan hələlik bu qərara veto hüququndan istifadə edir. Ötən il Macarıstanın vetosu yalnız o halda dəf edilmişdi ki, başqa bir fond vasitəsilə Azərbaycana minatəmizləmə işləri üçün eyni məbləğdə vəsait ayrılmışdı. Yəni Aİ Ermənistana “Sülh Fondu”ndan maliyyə ayırmaq üçün Azərbaycana minatəmizləmə məqsədilə yardım etmişdi. Bu isə erməniyönlü yanaşmanın bariz nümunəsidir.

2022–2023-cü illər: Aİ-nin fəal siyasətinin nəticələri

Gəlin qısa mənzərəyə baxaq – Aİ-nin əvvəllər bölgədə rolu nə idi və indi bölgədə nəyə nail olub. 2022–2023-cü illərdə Aİ-nin aktiv siyasəti aşağıdakı nəticələrə gətirib çıxardı:

Aİ Azərbaycan və Ermənistan arasında vasitəçilərdən birinə çevrildi;Gürcüstan Aİ-yə namizəd ölkə statusunu aldı;Ermənistanda Aİ-nin missiyası fəaliyyətə başladı və bu missiya 2022-ci ildə iki ay ərzində Azərbaycanla da əməkdaşlıq etdi;Azərbaycanla energetika sahəsində strateji tərəfdaşlıq səviyyəsində sənəd imzalandı.

Göründüyü kimi, müəyyən nəticələr var idi – xüsusilə də Rusiya ilə rəqabət kontekstində.

Lakin Fransa tərəfindən Aİ-nin xarici siyasətinin yönləndirilməsi, avro-rəsmi şəxslərin iradəsizliyi, birbaşa manipulyasiyalar, erməniyönlü yanaşma və geosiyasi məna daşıyan yöndəmsiz təşəbbüslər nəticəsində bu cür vəziyyət formalaşdı:

Aİ Azərbaycan və Ermənistan arasında vasitəçilik statusunu itirdi və bu mövqeyini bərpa etmək potensialı yoxdur;Gürcüstanın namizəd ölkə statusu dondurulub və Aİ Gürcüstanı faktiki olaraq görməzdən gəlir;Ermənistanla 2024-cü ilin aprelində dəstək sənədi imzalanıb. Aİ missiyası Ermənistanda fəaliyyətini davam etdirir, lakin sülh müqaviləsi imzalanacağı halda missiyanın dislokasiyası dəyişməlidir;2024-cü ildə Ermənistanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 2,1 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 14,1% azalma deməkdir. Əvəzində, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2024-cü ildə 12,4 milyard dollar olub və 2023-cü illə müqayisədə 56,5% artım qeydə alınıb;Azərbaycanla enerji sahəsində tərəfdaşlıq zəifləyib, çünki Aİ-nin “yaşıl gündəm” qaydaları maliyyə institutlarının bərpa olunmayan enerji mənbələri ilə bağlı layihələri maliyyələşdirməsinə imkan vermir. Azərbaycan qazının Aİ ölkələrinə çatdırılması əsasən ikitərəfli sazişlər vasitəsilə həyata keçirilir – əsasən Şərqi Avropa ölkələri ilə.

Baş və divar...

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Cənubi Qafqaz üzərindən keçən nəqliyyat dəhlizləri ilə bağlı son bəyanatları – burada Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərinin qeyd edilməsi, lakin Azərbaycan-Gürcüstan əlaqəsinin nəzərə alınmaması – coğrafiyanın və reallığın gözardı edilməsinin, “başla divara çırpılan” siyasətin açıq nümunəsidir.

Aİ-nin Gürcüstanı görməzdən gəlməsi nəticəsində Gürcüstan hökuməti Rusiya ilə təkbətək qalır və Rusiyanın təzyiqlərinə məruz qalır. Azərbaycan və Türkiyə, Aİ-nin yaratdığı boşluğu doldurmaq üçün Gürcüstana daha çox dəstək göstərirlər. Əks halda Tbilisinin Rusiya ilə münasibətlərin bərpası üçün “Gürcüstan ərazilərinin deokkupasiyası” kimi sərt şərtlər irəli sürməsi çətin olardı. Bax, Aİ-nin regionda Rusiya ilə necə “rəqabət apardığı” budur!

Aİ-ni regionda tamamilə görməzdən gəlmək mümkün deyil. Lakin Aİ-nin bölgəyə dair bütün gündəmini qəbul etmək də olmaz. Çünki bu gündəm nə Azərbaycanın, nə də Gürcüstanın maraqlarını nəzərə alır. Reallıq və məntiqə ziddir, bölgədə geosiyasi gərginliyi stimullaşdırır.

Azərbaycan nə etməlidir?

Görünür ki, Azərbaycanın istənilən geosiyasi güc mərkəzinin təşəbbüslərini regiona daxil etmə strategiyası yalnız konstruktivlik və Azərbaycanın maraqları çərçivəsində mümkün olacaq. Bu isə mürəkkəb prosesdir – açıq qarşıdurmalar, mövqe toqquşmaları və həm diplomatik səviyyədə, həm də sahədə gərginliklə müşayiət olunur. Əks halda, Azərbaycana qarşı təhdidlər artmaqda davam edəcək...

(Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri