Avropa İttifaqı Cənubi Qafqazda yeni nəqliyyat təşəbbüslərində iştirak etməyə hazırdır
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) regional inteqrasiyanı gücləndirə biləcək nəqliyyat marşrutlarına böyük diqqət yetirir və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin detallarının dəqiqləşdirilməsini gözləyir.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.
"Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Vaşinqton sammitindən sonra Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə apardığı müzakirələrdə nəqliyyat bağlantılarına dair məsələlər də daxil olmaqla, əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün Avropa İttifaqının dəstəyini və ekspertizasını təklif edib", - deyə o qeyd edib.
A.Hipperin sözlərinə görə, Avropa İttifaqı əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək və münasibətlərin normallaşması prosesinə dəstək üçün Bakı və İrəvanla müzakirələri davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 21 Avqust 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















