Avropa İttifaqı ölkələrinin liderləri ilin son sammitində bir araya gəlib
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqı (Aİ) liderləri Belçikanın paytaxtı Brüsseldə il sonu sammitində bir araya gəlib.
SİA-nın məlumatına görə, Yeni Aİ Şurasının sədri Antonio Kosta sammitin əsas gündəm mövzusunun Ukrayna olduğunu vurğulayaraq bu ölkənin Aİ-yə üzvlüyünə dəstək verəcəklərini bildirib. Digər mühüm mövzuları arasında Aİ-nin qlobal rolu, xarici siyasət, genişlənmə, miqrasiya və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə məsələləri yer alır.
Macarıstanın altı aylıq sədrliyinin yekununda ölkənin Baş naziri Viktor Orban bu müddətdə görülən işlər barədə məlumat verəcək.
Sammitdə həmçinin Amerika Birləşmiş Ştatlarında yeni administrasiya vəzifəyə başlamazdan əvvəl Aİ-nin geosiyasi öhdəlikləri və müdafiə hazırlıqları müzakirə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Dekabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















