Icma.az
close
up
RU
Avropa İttifaqı regionda sülhə deyil, köhnə münaqişə narrativlərinə xidmət edir

Avropa İttifaqı regionda sülhə deyil, köhnə münaqişə narrativlərinə xidmət edir

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İslamofob mövqeyi ilə bədnam olan Avropa Parlamentində dünən keçirilən dinləmə, qəbul edilən qətnamə Azərbaycanın təşəbbüskarı olduğu sülh və dövlətlərarası normallaşma prosesinə müdaxilə cəhdidir. Azərbaycan üçün hüquqi məcburi olmayan bu sənədi qəbul etmirik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev parlamentin bu gün keçirilən plenar iclasında dedi.

O, qeyd etdi ki, Ermənistanın 30 illik işğalına son qoymaqla Azərbaycan regionda yeni siyasi reallıq yaradıb:

"Bu reallıq beynəlxalq hüquqa əsaslanır və yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş region üçün yeni əməkdaşlıq imkanları açır. Təəssüf ki, Avropa İttifaqı malik olduğu resurslarla yeni əməkdaşlıqda yer almaq sülh gündəliyini dəstəkləmək əvəzinə, keçmiş münaqişə dövrünün narrativlərini modifikasiya edərək Ermənistana səhv istiqamətlərdə dəstək göstərir.

Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik sənədində yer alan bir sıra məsələlər regiona qərəzli yanaşmanın bariz nümunəsidir. Ermənistanın hərbiləşdirilməsi məqsədilə Avropa Sülh Fondu adlandırılan mexanizmin yenidən işə salınması da bunu təsdiqləyir. Brüssel Ermənistanda insan haqlarının pozulmasına açıq şəkildə göz yumur. Cari il ərzində din xadimlərinin, siyasətçilərin həbsilə bağlı nə bir bəyanat verilib, nə də hər hansı dinləmə təşkil olunub. Əksinə, Ermənistan hökumətinə davamlı və məhdudiyyətsiz siyasi dəstək ifadə edilir".

Deputatın sözlərinə görə, daha bir narahatedici hal ondan ibarətdir ki, Ermənistanın və onun işğal dövründə Azərbaycanın ərazilərində yaratdığı marionet rejiminin nümayəndələrinin törətdiyi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə hazırda Bakıda məhkəməsi gedən erməni əsilli şəxslərə Avropa İttifaqı dəstək nümayiş etdirir.

"Bu şəxslərin azad olunmasının prioritet elan edilməsi insan hüquqlarının siyasi məqsədlər üçün alətə çevrilməsi demək deyilmi?

Biz Avropa İttifaqının Rusiya-Ukrayna münaqişəsinin həllində israrla müdafiə etdiyi beynəlxalq hüquq prinsiplərinə, Ermənistan-Azərbaycan normallaşma prosesində təhlükəli və yekə yanaşmanı görürük. Yoxsa Paris və Brüssel Vaşinqtonun da dəstəklədiyi sülh prosesinə qarşı alternativ gündəm hazırlamaq sevdasına düşüblər.

Təkcə Qafqazda deyil, Avropa İttifaqının Mərkəzi Asiya və Çinlə ticarət münasibətlərində də Azərbaycanın olduqca köklü siyasi mövqeyi, resursları və yaratdığı infrastruktur həlledici əhəmiyyət daşıyır. Biz isə Avropa İttifaqı-Ermənistan strategiyasında Zəngəzur dəhlizinə, Transxəzər nəqliyyat marşrutuna nə istinad, nə də dəstək görmədik.

Reallıqların təhrifi və ikili standartlar Avropa İttifaqının regionda sülh, normallaşma və etimad quruculuğu proseslərinə qərəzli siyasətini bir daha nümayiş etdirir. Görünən odur ki, Avropa İttifaqı daxilində müəyyən qüvvələr, o cümlədən psevdo liberallar regionda yaranmış sülh prosesinə xələl gətirmək, zərbə vurmaq niyyəti ilə yenidən fəallaşıblar. Lakin bu cəhdlər uğursuz olacaq.

ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında qeyd edildiyi kimi, Avropa İttifaqı dəyərlərin tənəzzülü prosesi ilə üz-üzədir", - deyə R.Nəbiyev vurğuladı.

Afət ZİYADQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 19 Dekabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri