Icma.az
close
up
RU
Avropa İttifaqı Rusiyaya görə SOCAR ın Türkiyədəki zavoduna sanksiya tətbiq edib

Avropa İttifaqı Rusiyaya görə SOCAR ın Türkiyədəki zavoduna sanksiya tətbiq edib

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Türkiyədə yerləşən, Azərbaycana məxsus “STAR” adlı neft emalı zavoduna sanksiya tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “OC Media” sentyabrın 4-də Aİ sözçüsünə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, sanksiya nəticəsində sözügedən zavodun emal etdiyi məhsullar Aİ ölkələrinə idxal edilə bilməz. Buna səbəb isə zavodun Rusiya xam neftini emal etməsidir.

Sanksiya bu ilin iyulunda Aİ-nin Rusiyanın Ukraynanı işğalı ilə əlaqədar qəbul etdiyi 18-ci sanksiyalar paketi çərçivəsində qüvvəyə minib.

Sanksiyalar paketində məhsullarına idxal qadağası qoyulan 26 qurumun adı çəkilib. Onların arasında Çin, Honq-Konq, Hindistan və Türkiyədə fəaliyyət göstərən 11 logistika şirkəti qeyd olunsa da, neft emalı zavodları ayrıca göstərilməyib.

Lakin “OC Media”nın sorğusuna cavab verən Aİ sözçüsü Anitta Hipper Azərbaycan dövlət neft şirkəti SOCAR-a məxsus “STAR” zavodunun da həmin paketə daxil olduğunu təsdiqləyib.

Hipper vurğulayıb ki, məqsəd Rusiyanın neft gəlirlərinin kökünü kəsməkdir.

“Bu addım Rusiyanın xam neftinin hər hansı formada Aİ bazarına çıxmasının qarşısını almağa yönəlib və Rusiyanın müharibə aparmaq imkanlarını getdikcə zəiflətməyi hədəfləyən Aİ strategiyasının bir hissəsidir”, – o qeyd edib.

“STAR” neft emalı zavodu əvvəl də diqqət mərkəzində olub. Azərbaycan 2023-cü ilin sonlarında zavodun kreditlərini ABŞ banklarından Rusiya kreditorlarına köçürüb və tankerlərini Rusiya xam neftini daşımaq üçün yenidən təchiz edib.

2024-cü ildə ekoloji nəzarət təşkilatı “Global Witness” bildirib ki, “STAR” zavodunda emal edilən xammalın böyük hissəsi Rusiyadan gətirilərək Aİ-yə ixrac olunub.

Nəqliyyat məlumatları da göstərib ki, 2024-cü ilin əvvəlində zavodda emal olunan xam neftin 90%-dən çoxu Rusiyadan gəlib.

2024-cü ilin ilk rübündə “STAR” zavodu təxminən 1,2 milyard dollar dəyərində Rusiya nefti idxal edib. 2023-cü ilin tamamında isə bu rəqəm 500 milyon dollar təşkil edib.

Afət Abbasova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Sentyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri