Avropa İttifaqı ruslara viza verməyi tamam dayandıra bilər
Icma.az bildirir, Azpost portalına istinadən.
Avropa Komissiyası rusiyalılara turist vizalarının verilməsini tamamilə dayandırmağı nəzərdən keçirir.
“İzvestiya” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata əsasən, hazırda Avropa Komissiyasında Rusiya vətəndaşları üçün turist vizalarının tamamilə qadağan edilməsi ilə bağlı müzakirələr aparılır. Qadağanın mümkün tətbiqi üçün konkret müddət məlum deyil. Ekspertlərin sözlərinə görə, viza siyasəti Avropa İttifaqına üzv dövlətlərin məsuliyyətidir və Avropa Komissiyası yalnız qaydaları əlaqələndirə və tövsiyələr verə bilər.
Qeyd edək ki, Avropa İttifaqında rusiyalılara verilən 600 mindən çox vizanın böyük əksəriyyəti İtaliya, İspaniya və Fransanın payına düşür. 2025-ci ilin noyabr ayında Avropa Komissiyası Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 30 İyun 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















