“Avropa İttifaqı Ukraynaya hərbi dəstək barədə qərarlara görə məsuliyyət daşımır”
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) mümkün sülh razılaşmasından sonra Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində hərbi kontingentinin göndərilməsi ilə bağlı qərar qəbul edə bilməz.
Gununsesi.info xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib, onun sözlərindən dpa agentliyi sitat gətirir.
Siyasətçi Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin sözlərini şərh edib: “Avropa İttifaqı Ukraynaya hərbi dəstək barədə qərarlara görə məsuliyyət daşımır”.
Sentyabrın 1-də fon der Leyen bildirib ki, sülh sazişinin imzalanmasından sonra təhlükəsizlik zəmanətlərinin təmin edilməsi çərçivəsində Avropanın Ukrayna ərazisinə qoşun yeritmək üçün “olduqca aydın planı” var. O, əlavə edib ki, Aİ ölkələrinin başçıları çoxmillətli qoşunların yerləşdirilməsi və ABŞ-ın dəstəyi ilə bağlı plan hazırlayır.
Onun sözləri daha sonra Almaniyanın müdafiə naziri Boris Pistorius tərəfindən tənqid edilib və o bildirib ki, Aİ-nin heç bir yerə hərbi kontingent yerləşdirmək səlahiyyəti yoxdur, ona görə də danışıqlardan əvvəl belə məsələlərin müzakirəsi qəbuledilməzdir.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 03 Sentyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















