Icma.az
close
up
RU
“Belə oyunlar millimiz üçün nadir hallarda olur” Ayxan Abbasov

“Belə oyunlar millimiz üçün nadir hallarda olur” Ayxan Abbasov

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında son turun oyununa çıxıb. Yığmamız yer aldığı D divizionun 2-ci qrupunun son turunda Lixtenşteynlə qarşılaşıb. Matç yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sport24.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında matç haqda fikirlərini bildirib:

"Dünən də dediyim kimi, rəqibin öz meydanında Bakıdakından daha inamlı oynayacağını bilirdik. Lixtenşteyn oxşar sistemlə çıxış edərək sıx müdafiəyə üstünlük verirdi. Erkən qol vurmaq istəyirdik və buna nail olduq, lakin qol qeydə alınmadı. Daha sonra top dirəyə dəydi. Futbolçular bir qədər tələsirdilər və bu, hücumları dəqiq zərbə ilə tamamlamağımıza mane olurdu.

Ən əsası odur ki, qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik və qrupda birinci yeri tutduq. Hətta Millətlər Liqasının formatında edilən dəyişiklikdən sonra istənilən halda C divizionuna yüksələcəkdik. Qələbəyə görə futbolçulara təşəkkür edirəm. Qarşıda bizi Andorra ilə yoldaşlıq oyunu gözləyir. Həmin qarşılaşmada yeni futbolçulara da şans verəcəyik.

Ehtiyat oyunçular skamyamızda kifayət qədər keyfiyyətli futbolçular var idi. Matçın gedişatını nəzərə alaraq əvvəlcə Rüfət Abdullazadəni meydana buraxmaq qərarına gəldik. Onun oyuna qoşulmasından sonra hücumlarımız daha da fəallaşdı və istədiyimiz epizodları yaratmağa başladıq. Dəyişikliklərə tələsmədik, bir qədər gözlədikdən sonra Xəyal və Tellura da şans verdik. Həmin vaxt Rüfət Abbasov və Toral Bayramovda yorğunluq hiss olunurdu. Hücumların zərbələrlə tamamlanmasına ehtiyacımız var idi. Toralın uzaq məsafədən dəqiq zərbələr endirmək bacarığını nəzərə alaraq onu meydanda daha uzun müddət saxlamağa üstünlük verdik.

Qarşılaşmanı yenidən izləyərək futbolçuların çıxışını ətraflı təhlil edəcəyik. Qələbə qazandığımız oyunlarda belə, müəyyən çatışmazlıqlar aşkar edirik. Litva üzərində qalib gəldiyimiz əvvəlki matçda da səhvlərə yol verilmişdi. Həmin görüşdə gözləntiləri doğrultmayan bəzi futbolçular bu səbəbdən hazırkı təlim-məşq toplanışına çağırılmadılar. Şübhəsiz ki, bugünkü qarşılaşmadan sonra da oyunçulara iradlarımız olacaq. Bu dəfə əsas çatışmazlığımız hücum xəttində özünü göstərdi. Yaratdığımız imkanları qola çevirməkdə çətinlik çəkdik və son zərbələrdə istənilən dəqiqliyi nümayiş etdirə bilmədik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Noyabr 2026 03:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri