Icma.az
close
up
RU
Avropa İttifaqında 500 milyard avroluq müzakirə gedir

Avropa İttifaqında 500 milyard avroluq müzakirə gedir

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı (Aİ) ölkələri birlik üzvlərinin müdafiə layihələrinin maliyyələşdiriləcəyi birgə fondun yaradılmasını müzakirə edir.

“Ölkə.az” “Financial Times”a (FT) istinadən xəbər verir ki, fondun həcmi 500 milyard avro ola bilər, lakin rəqəm hələlik dəqiqləşdirilməyib.

Məlumata görə, fondun bütün Aİ tərəfindən deyil, yalnız Avropa İnvestisiya Bankının dəstəyi ilə layihədə iştirak edən ölkələrin zəmanəti altında olacaq istiqrazların buraxılması yolu ilə “doldurulması” təklif olunur. Mexanizmdə iştirak könüllü olacaq, Böyük Britaniya, Norveç və Aİ-yə daxil olmayan digər Avropa dövlətləri üçün açıq olacaq.

Qeyd edilir ki, bu, həm də ümumi fondlardan müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə dair Aİ-nin mövcud məhdudiyyətlərindən yan qaçmağa imkan verəcək. Fondun pulları ümumi müdafiə layihələrinin həyata keçirilməsinə, o cümlədən Avropanın hava hücumundan müdafiə sisteminin yaradılmasına xərclənə bilər ki, bu da artıq təxminən 500 milyard avroya başa gələcək.

“Biz təfərrüatlı müzakirələr mərhələsindəyik, lakin Berlinin bütün bunları necə gördüyü hələ bəlli deyil”, - yüksək vəzifəli avropalı diplomat nəşrə açıqlamasında bildirib.

FT Aİ ölkələrinin müdafiəsi üçün vəsait toplamanın bu və digər radikal yollarının fəal müzakirə edilməsinin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yaxınlaşan andiçmə mərasimi ilə bağlı olduğunu vurğulayır. Çünki Tramp daha əvvəl müdafiəyə çox az pul xərcləyən NATO üzvlərinin ABŞ-nin təhlükəsizlik zəmanətlərini itirə biləcəyini deyib.(Report)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Dekabr 2024 06:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri