Icma.az
close
up
RU
Avropa İttifaqından ABŞ yə TƏKLİF

Avropa İttifaqından ABŞ yə TƏKLİF

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqının ticarət komissarı Maros Şefçoviç ABŞ ilə tarifləri müzakirə etdiklərini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Şefçoviç "Financial Times"a bildirib ki, "Bizim üzləşdiyimiz ticarət kəsiri 50 milyard avrodursa, inanıram ki, bu, çox tez həll olunacaq".

Avropa İttifaqının ticarət komissarı Maros Şefçoviç bəyan edib ki, Aİ ABŞ ilə ticarət əlaqələrindəki problemi həll etmək üçün ABŞ-dən mal alışını 50 milyard avro artırmaq istəyir.

O qeyd edib ki, Aİ razılaşma əldə etmək istiqamətində müəyyən irəliləyiş əldə edib.

Bununla belə, Şefçoviç Vaşinqtonun ticarət danışıqlarında ədalətli həll yolu kimi öz mallarına tətbiq etdiyi 10 % gömrük vergisini saxlamasını qəbul etməyəcəklərini bildirib.

O bildirib ki, ABŞ və Aİ Prezident Donald Trampın ittifaqa 20 faizlik tariflər tətbiq etməsindən, fasilə elan etdikdən sonra bir neçə dəfə üzbəüz və telefon danışıqları vasitəsilə irəliləyiş əldə edib.

Komissar əlavə edib ki, onun məqsədi hələ də Ağ Evlə “balanslı və ədalətli” razılaşma əldə etməkdir.

Sefcovic, ABŞ-nin ticarət nümayəndəsi Cemison Qrier (Jamieson Greer) və ticarət katibi Hovard Lutnik qarşısında əsas arqumentinin Amerikanın Aİ-yə xidmət ixracının nəzərə alınması olduğunu və bunun Avropa ilə ümumi ticarət kəsirini cəmi 50 milyard avro azaldacağını söyləyib.

Şefçoviç, bu kəsirin ABŞ-dən daha çox qaz və kənd təsərrüfatı məhsullarının alınması ilə bağlı razılaşmalarla tez bir zamanda doldurula biləcəyini söyləyib:

“Əgər üzləşdiyimiz ticarət kəsiri 50 milyard avrodursa, bunun mayeləşdirilmiş təbii qaz və ya qısaca LNG alışları, soya və ya digər sahələr kimi bəzi kənd təsərrüfatı məhsulları vasitəsilə çox tez həll edilə biləcəyinə inanıram".

O vurğulayıb ki, sazişin Avropa Parlamenti və üzv dövlətlər üçün “açıqca yaxşı və məqbul” olması “çox çətin” olacaq.

Sefcovc, həmçinin Çinin artan ixracatının təsirlərini aradan qaldırmaq üçün ABŞ ilə əməkdaşlığa açıq olduğunu və bunun ticarət razılaşması üçün "şirnikləndirici" ola biləcəyini söyləyib.

Ticarət danışıqlarında baza dərəcəsi kimi 10 faizlik vergini qəbul edib-etməyəcəyi ilə bağlı suala cavab verən Şefçoviç, Aİ-nin bunu “çox yüksək səviyyə” kimi qiymətləndirdiyini və blokun tarifləri bu səviyyədə saxlayan anlaşmaya razılaşmayacağını deyib.

Nigar 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 May 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri