Icma.az
close
up
RU
Avropa İttifaqının Azərbaycanda investisiya vektoru qeyri neft sektorlarına doğru istiqamət alır

Avropa İttifaqının Azərbaycanda investisiya vektoru qeyri neft sektorlarına doğru istiqamət alır

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı (Aİ) ölkələrinin investorlarının 70 %-dən çoxu Azərbaycanda fəaliyyətini genişləndirməyi, daha 22 %-i isə hazırkı səviyyədə davam etdirməyi planlaşdırır.

BAKU.WS report-a istinadən xəbər verir ki, iqtisadiyyata həm mənfi, həm də müsbət təsir göstərən geosiyasi gərginliyə baxmayaraq, Aİ investorlarının Azərbaycana marağı artır. Belə ki, investisiya qoyuluşu üçün yenidən ölkəni seçənlərin payı 2021-ci ildəki 80 %-dən (əvvəlki sorğuya əsasən) 2024-cü ildə 92 %-ə yüksəlib.

Neft-qaz, mədən sənayesi kimi ənənəvi sahələr daha çox sadiqlik nümayiş etdirir. Eyni zamanda, genişlənmə üzrə ən iddialı planlar bərpa olunan enerji, tikinti və informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorlarında qeydə alınıb.

"2021-2024-cü illərdə Azərbaycanda biznes mühiti dayanıqlı makroiqtisadi vəziyyət fonunda formalaşıb. Xarici ticarətdə güclü mövqelər və büdcə profisiti sabitliyə töhfə verib. Neft-qaz sektoru mühüm rol oynamağa davam etsə də, ölkə şaxələndirməni fəal şəkildə təşviq edir - diqqət "yaşıl enerji", kənd təsərrüfatı, turizm və İKT-yə yönəldilir", - icmalda qeyd olunub.

Tikinti sektoru 2022-2023-cü illərdə fəal inkişaf edib, bu prosesdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasına irimiqyaslı dövlət investisiyalarının yönəldilməsi də rol oynayıb. 2024-cü ildə artım tempi yavaşlasa da, fəallıq yüksək olaraq qalır.

Birbaşa xarici investisiyaların böyük hissəsi əvvəlki kimi mədən sənayesinə cəlb edilir. İKT sektoru genişlənir, lakin artım tempi azalıb. Geosiyasi dəyişikliklər şəraitində nəqliyyat və logistika strateji əhəmiyyət kəsb edir, alternativ marşrutların rolu güclənib.

Bərpa olunan enerji sektoru dekarbonizasiya üzrə dövlət siyasəti sayəsində nəzərəçarpan artım nümayiş etdirir. 2030-cu ilə qədər Azərbaycan enerji balansında "yaşıl enerji"nin payını 35,5 %-ə çatdırmaq niyyətindədir. Bununla yanaşı, ölkə Xəzər-Qara dəniz enerji dəhlizi kimi layihələr çərçivəsində elektrik enerjisi ixracını inkişaf etdirir.

Kənd təsərrüfatı sektorunda, əvvəlki çətinliklərə baxmayaraq, artıq sabitlik hökm sürür. Bu gün sektorun dayanıqlılığına və rəqabət qabiliyyətinin artırılmasına diqqət yetirilir.

Hesabatın müəllifləri vurğulayırlar ki, Azərbaycanda əlverişli biznes mühiti strateji coğrafi mövqe, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı, siyasi və sosial sabitlik, iqtisadi siyasətin proqnozlaşdırılması mümkünlüyü kimi amillərlə şərtlənir.

İnvestorlar üçün cəlbediciliyin əsas amilləri daxili bazara çıxış, strateji tərəfdaşlıqlar və alyanslar, regional bazarlara və azad ticarət zonalarına çıxış hesab olunur. Hesabatın müəlliflərinin fikrincə, xərclərin səmərəliliyi, vergi güzəştləri, rəqəmsal infrastrukturun inkişafı və rəqəmsal dövlət xidmətlərinin müsbət qiymətləndirilməsi də əlavə üstünlüklərdir.

Hökumətin atdığı son addımlar arasında investisiyalar haqqında yeni qanunun qəbul edilməsi və vergi güzəştləri hesabına investisiya mühitinin yaxşılaşdırılması, həmçinin biznes fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş islahatlar qeyd olunur.

Hesabatda Azərbaycanın Avropa və Asiya arasında ən mühüm tranzit marşrutu olan Orta Dəhlizdəki roluna xüsusi diqqət yetirilir. Eyni zamanda, rəqabət qabiliyyətinin artırılması üçün infrastrukturun daha da inkişaf etdirilməsi, rəqəmsallaşdırma və bürokratik maneələrin azaldılmasının zəruriliyi vurğulanır.

"Yaşıl biznes"in və dayanıqlı təcrübələrin inkişafı da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq Azərbaycanın prioritetləri sırasına daxil edilib. "Hökumət stimullaşdırıcı tədbirlər - maliyyə və tənzimləyici alətlər, vergi güzəştləri və insan kapitalına investisiyalar vasitəsilə biznesə dəstəyi gücləndirmək niyyətindədir", - hesabatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 İyul 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri