Icma.az
close
up
RU
Avropa İttifaqının ikili standartları onun etibarlılığını sarsıdır

Avropa İttifaqının ikili standartları onun etibarlılığını sarsıdır

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Avropa İttifaqı (Aİ) ilə enerji sektoru da daxil olmaqla, qarşılıqlı faydalı əməkdaşlığın inkişafında perspektivlər görürük. Azərbaycan müxtəlif infrastruktur layihələri, o cümlədən Cənub Qaz Dəhlizi vasitəsilə bəzi Aİ üzv dövlətlərinə qaz təchizatının coğrafiyasını genişləndirir. Hazırda 10 Avropa ölkəsi, o cümlədən 8 Aİ üzvü Azərbaycan qazı alır və bu, bəzi ölkələrdə daxili istehlakın demək olar ki, yarısını ödəyir. Hazırda biz əlavə Avropa ölkələrinə də qaz ixracı üzrə danışıqlar aparırıq. Bu mənada, 10 yanvar 2025-ci il tarixində Avropa Şurası Prezidenti Antonio Koşta ilə Prezident İlham Əliyev arasında müsbət telefon danışığı da baş tutmuşdu. Avropa Şurasının keçmiş prezidenti Şarl Mişel də Azərbaycana münasibətdə müsbət siyasi kurs həyata keçirirdi.
Lakin son dövrlərdə bəzi digər Aİ rəsmilərinin hərəkətləri Azərbaycan ilə Aİ arasında münasibətlərə mənfi təsir göstərib. Bu mənada,
Azərbaycanla ittifaqa namizəd ölkə kimi davranılması və ədalətsiz tələblər irəli sürülməsi narahatçılıq yaradır:
Aİ iqlim fəaliyyəti üzrə güclü dəstəkləyici kimi tanınır və əvvəlki COP-larda hər zaman ən yüksək səviyyədə təmsil olunmasına baxmayaraq, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin COP29 Liderlər Sammitində planlaşdırılan iştirakını son anda ləğv etmək qərarı siyasi səbəblərlə bağlı idi.
Aİ Xarici Fəaliyyət Xidməti (EEAS) Cozef Borrel tərəfindən Azərbaycana qarşı qərəzli mövqe və əsassız bəyanatlar səsləndirilib. Aİ sözçüsünün bəyanatlarında Azərbaycanın daxili işlərinə qarışan, qəbuledilməz ifadələr yer alıb.
Avropa Parlamenti (AP) sanki Avropa Komissiyasının açıq şəkildə ifadə etmək istəmədiyi fikirləri səsləndirən platforma olub. 2023-cü ilin sentyabrında Azərbaycanın antiterror əməliyyatından sonra AP Azərbaycanın əleyhinə üç qərəzli qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycana qarşı ittihamedici, absurd, ayrı-seçkilik sərgiləyən fikirlər yer alıb.
2024-cü il 5 aprel tarixində Brüsseldə keçirilmiş və Ursula fon der Leyen, Cozef Borrel, Antoni Blinken və Nikol Paşinyanın iştirak etdiyi "Ermənistanın davamlılığına dəstək" mövzusunda Aİ-ABŞ-Ermənistan yüksək səviyyəli görüşü də şəffaf olmayıb, regional inklüzivlikdən məhrum olub və regionda etimad quruculuğuna ciddi şəkildə zidd olub. Bu üçtərəfli formatla Aİ regionda yeni bölücü xətlər yaradır.
Ermənistanda Aİ Monitorinq Missiyasının (EUMA) fəaliyyəti ciddi narahatlıq doğurur, çünki bu missiya ilkin razılaşmalara zidd hərəkət edir. Aİ Şurasının EUMA-nın mandatını bu ilin əvvəlində daha iki il uzadaraq sərhədimizdə “binokl diplomatiyası"nı davam etdirməsi açıq-aşkar düşmənçilik xarakteri daşıyır.
Biz Avropa İttifaqı ilə tərəfdaşıq və tərəfdaşa belə münasibət bəsləməzlər. Digər ölkənin sərhədində dayanıb sanki düşmən tərəfə baxırmış kimi hərəkətlər etmək doğru deyil. Heç bir ölkə istəməz ki, onun sərhədində 3-cü bir dövlətin sərhəd-mühafizə dəstələri və ya hərbi-kəşfiyyat missiyası olsun.
Özü də, Azərbaycan və Ermənistan arasında de-fakto sülh mövcuddur. Hər iki ölkə sərhədin delimitasiyası prosesi ilə məşğuldur. EUMA-nın sərhəddə mövcudluğu Azərbaycan və Ermənistan arasında hazırda həssas olan sülh sazişi üzrə danışıqlara da ziyan vurur.
Avropa Sülh Mexanizmi (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində dəstək göstərib.
Aİ-nin ikili standartları onun etibarlılığını sarsıdır. Elə Münxen Təhlükəsizlik konfransında ABŞ-ın vitse-prezidenti Ci Di Vensin çıxışı da bunu deməyə əsas verir ki, Avropada demokratiya və dəyərlə çoxdan ölüb. İkili standartlar, ayrı-seçkilik, qərəzli yanaşmalar bu qurumun beynəlxalq nüfuzuna ciddi zərbə vurub. Ci Di Vens hər kəsin, bütün dünya ictimaiyyətinin çoxdandır bildiyi həqiqətləri Qərbin ən güclü dövlətinin mövqeyi kimi dilə gətirmiş oldu və bu, təbii ki, Avropa liderlərini narahat etdi.
Təxminən 30 il davam edən Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan suveren ərazilərini işğalı dövründə Aİ bunu heç vaxt qınamamışdı. Lakin indi Aİ təcavüzkar dövlətin tərəfində dayanaraq “durbin diplomatiyası” aparır, onun hərbiləşməsinə kömək edir və bununla da Ermənistanın revanşist meyllərini qızışdırır. Üstəlik, Aİ rəsmiləri heç vaxt Ermənistandan qovulan azərbaycanlıların geri qayıtmasına dəstək ifadə etməyib, Ermənistanda Azərbaycan mədəni irsinin qəsdən məhv edilməsini qınamayıb, nə də ki, bunu heç vaxt orada dilə gətirən kimsə olmayıb. Əgər söhbət həqiqətən demokratiyadan və insan hüquqlarından gedirsə, Aİ bu məsələləri də işıqlandırardı, lakin söhbət Azərbaycan olunca, susmağa, özünü görməzliyə və eşitməzliyə vurmağa davam edir.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Fevral 2025 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri