Icma.az
close
up
RU
Avropa İttifaqının strateji geosiyasi proqnozları: ssenarilər və perspektivlər

Avropa İttifaqının strateji geosiyasi proqnozları: ssenarilər və perspektivlər

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

K.Əlioğlu

VI məqalə

İddia və rəqabət

Sirr deyil ki, Avropa İttifaqı (Aİ) geosiyasi güc kimi başqa güc mərkəzləri ilə ciddi rəqabət şəraitindədir. Bu barədə dəfələrlə yazılıb və hazırda aksiom kimi qəbul edilir. Əslində, Aİ-nin hazırkı dönəmdə gələcəyi ilə bağlı hər hansı fikir yürütmək üçün mütləq onun iddiası ilə rəqib qüvvələrin imkanları arasındakı nisbət nəzərə alınmalıdır. Təşkilatın üzləşdiyi müxtəlif problemlərin kökündə geosiyasi aspektdə həm də bu məqam dayanır.

Aİ, bir tərəfdən, kifayət qədər böyük geosiyasi iddia irəli sürür, digər tərəfdən, eyni ambisiyada olan başqa güclərlə bu müstəvidə rəqabətə girmiş olur. Bu iki xüsusiyyət sintez halında Aİ-nin hazırkı geosiyasi mövqeyini müəyyən edir. Bu rakursdan baxdıqda, ekspertlər bir sıra maraqlı və aktual məsələləri ön sıraya çıxarırlar.

Ümumi geosiyasi nəzəriyyə səviyyəsində vurğulanan aspektdə iddia ilə rəqabətin gərginliyi fonunda Aİ-nin hansı uğurlar əldə edə biləcəyi mütəxəssislər və siyasilər tərəfindən müzakirə edilməkdədir. Burada problemin nəzəri müzakirəsindən çox, praktiki reallaşma mexanizmi önəm kəsb edir. Bu səpkidən yanaşdıqda, Aİ üçün prinsipial əhəmiyyət daşıyan bir sıra faktorları arxa plana atmaq olmaz. Həm də ona görə ki, artıq təşkilatda qarşıya qoyulan məqsədlərlə bağlı nəzəri yanaşma formalaşıb və onun tətbiqi tərəfi qarşıda durmaqdadır.

Aİ-nin "hücum realizmi"

Mütəxəssislər bu anlayışı (bir qədər qəribə səslənir) təşkilatın genişlənmə strategiyası kontekstində işlədirlər. O, adətən, Avropanın gələcək birliyi və təşkilatın mövcudluq maraqlarının təmini ilə əlaqədar işlədilir. Yəni, təhlilçilər və strateqlər genişlənmə prosesi ilə təşkilatın gələcəyinin və geosiyasi maraqlarının təmini arasında optimal nisbət axtarırlar. Hesab edirlər ki, bu, dərk edilməyənə qədər praktiki səmərəli genişlənmə sual altında olacaqdır.

Nümunə kimi Aİ daxilində Ukrayna faktorunun geosiyasi qiymətləndirilməsini göstərmək olar. Aİ ekspertləri "Ukrayna keysi"ni təşkilatın genişlənməsinin "məkan sərhədi" kimi qəbul etməyi doğru saymırlar. Bu məqamı dərk etmək üçün, ümumiyyətlə, "geosiyasi keys" anlayışını izah etmək lazımdır.

"Geosiyasi keys"

Hər şeydən öncə, "geosiyasi keys" konkret subyektin (məsələn, ayrıca dövlətin və ya təşkilatın) xarici siyasət mexanizmlərinin cəmini ifadə edir. Onlar bütövlükdə "dövlətin milli maraqlarını əks etdirir". Vurğulanan kontekstdə keys iki xüsusiyyəti özündə ehtiva edir. Onlardan biri, ümumiyyətlə, xarici siyasət kursunun dövlətin maraqları çərçivəsində beynəlxalq münasibətlər arxitekturasında iştirakı aspektinə aiddir. Digəri isə "konkret regionun siyasi mənzərəsinin yaradılmasına təsiridir".

Deməli, "geosiyasi keys" xarici siyasətin elə keyfiyyətidir ki, dövlətin maraqları çərçivəsində qarşıya qoyulan strateji məqsədə çatmaq üçün dəqiq müəyyən edilmiş hədəfə fokuslanmanı nəzərdə tutur. Bu anlamda Aİ-nin "Ukrayna keysi" genişlənmənin əsas hədəfinin məkan aspektində Ukrayna olmasıdır. Mütəxəssislər məhz bu fokuslanmanın Aİ-nin geosiyasi maraqlarına adekvat olmadığı fikrini irəli sürürlər. Ancaq bu, bütövlükdə Aİ-nin geosiyasi məqsədləri sırasından Ukraynanın çıxarılması anlamına gəlmir. Hazırda Ukrayna məsələsi, ümumən, Aİ-nin genişlənmə keysinin bir fraqmenti kimi qəbul edilir. Bu prizmadan baxdıqda, təşkilatın genişlənməsi kursu ilə bağlı hansı məqamları görmək mümkündür?

"Genişlənmə paketi"

2022-ci ilin fevralına qədər Aİ-nin genişlənməsi ilə bağlı müzakirələr, əsasən, məsləhətləşmələr vasitəsilə aparılırdı. Ancaq, paralel olaraq, proqram sənədləri də qəbul edilirdi. Bu iki prosesin kəsişməsində təşkilatın apardığı ikitərəfli görüşlər, qeyri-formal sammitlər, yeni beynəlxalq platformalar və hətta Avropa İttifaqı Şurasının müntəzəm sessiyalarının təşkili xüsusi rol oynamalı idi.

Ancaq bu prosesdə başlıca rolu hər il yenilənən və xüsusi tədbirləri nəzərdə tutan "genişlənmə paketi" oynamaqdadır. Ekspertlər əsas diqqəti 2024-cü ilin oktyabrında elan edilən "genişlənmə paketi"nə yönəldirlər. Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varheli bununla bağlı deyib ki, "genişlənmə Avropa kontinentində sabitlik, sülh, təhlükəsizlik və iqtisadi tərəqqi üçün sərmayə qoyuluşudur".

Bu kontekstdə genişlənmə paketi Aİ-nin hər il namizədlərin faktiki və real hazırlıq dərəcəsinin monitorinqi təsiri bağışlayır. Deməli, burada söhbət namizəd ölkənin Aİ standartlarına uyğun həyata keçirdiyi proqramların qiymətləndirilməsindən gedir.

"Dostlar dairəsi" və "odlu həlqə"

Bir çox ekspertlər Aİ-nin real olaraq iki toqquşan trendin arasında "sıxıldığı" iddiasını irəli sürürlər. Onlardan biri uzun müddətdir ki, Brüssel anlamında genişlənmənin "dostlar dairəsi"nin genişlənməsi kimi dərk edilməsindən ibarətdir. Yəni, Aİ-nin rəsmi dairələri genişlənməni, faktiki olaraq, təşkilata dost olan ölkələrin sayının artması aspektində qəbul edirlər. Hətta Aİ-yə daxil olan ölkələrin vətəndaşları bunu müsbət qiymətləndirirlər.

Mütəxəssislər bu nöqteyi-nəzərdən vurğulayırlar ki, 1999-cu ildə Aİ-nin genişlənməsinə ictimai dəstək rəyi soruşulanların 44 faizini təşkil edirdisə, 2023-cü ildə bu rəqəm 53 faiz olub. Bu o deməkdir ki, hətta 1-2 il öncə Aİ vətəndaşları genişlənməyə müsbət tendensiya kimi baxıblar. Belə təəssürat yaranır ki, "dostlar dairəsi" getdikcə genişlənir.

Ancaq son 2 ilin təcrübəsi meydana bir qədər fərqli mənzərəni çıxarır. Ekspertlər "odlu həlqə"nin yarandığı tezisini irəli sürürlər. Bu, münaqişələrin yenidən alovlanmasını (Şərqi Avropa, Balkanlar, Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya və s.) ifadə edir.

Hazırda onların sırasında Ukrayna, Serbiya, Ermənistan və Gürcüstan daha həssas məkanlara çevriliblər.

İndi əsas sual Aİ-nin bu iki geosiyasi "qaynar xətt"in arasından necə salamat çıxa biləcəyindədir. Buradan hazırda Aİ mütəxəssislərinin məruzələrində yer almış elmi, texnoloji, iqtisadi və maliyyə problemlərini əlavə etdikdə genişlənmənin heç də tam aydın perspektivə malik olmadığı nəticəsi çıxarıla bilər.

Deyilənlərdən bu qənaətə gəlmək olar ki, Aİ-nin geosiyasi-nəzəri proqnozları ilə real geosiyasətdə baş verənlər arasında ziddiyyətlər azalmır, əksinə, daha da artır. Bu isə həm genişlənmənin gələcəyinə, həm də bütövlükdə təşkilatın geosiyasi güc kimi təsirini artırmasına ciddi maneələr yaradır. O cümlədən Avropa İttifaqının Cənubi Qafqazda geosiyasi təsir dairəsi aydın deyildir. Xüsusilə Fransanın bu aspektdə atdığı riskli addımlar vəziyyəti Avropa üçün arzuolunmaz formaya salmaqdadır.

Beləliklə, Aİ üçün genişlənmə kursu ilə onu uğurlu həyata keçirmək proqramlarının məzmunu arasında bir ziddiyyət meydana gəlib. Görünür, yaxın perspektivdə bu ziddiyyətin aradan qaldırılması Brüssel üçün geosiyasi kontekstdə başlıca vəzifələrdən biri olacaqdır!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Yanvar 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri