Icma.az
close
up
RU
“Avropa İttifaqının təxribat xarakterli mövqeyi ABŞ ilə geosiyasi qarşıdurmadan qaynaqlanır”

“Avropa İttifaqının təxribat xarakterli mövqeyi ABŞ ilə geosiyasi qarşıdurmadan qaynaqlanır”

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Asif Nərimanlı: “Bu, ümumilikdə bölgənin təhlükəsizliyinə risklər yarada bilər”

Hazırda dünyada kifayət qədər gərgin və riskli proseslər cərəyan edir. Ukrayna ilə bağlı qeyri-müəyyən vəziyyət, Avropa İttifaqı və Britaniyanın müharibənin davam etdirilməsinə çalışması, Rusiyanın işğal niyyətlərindən geri çəkilməməsi, ABŞ-nin isə prosesə loyal münasibəti vəziyyətin mürəkkəb xarakter almasına şərait yaradır. Bir sıra mütəxəssislər isə bunu dünya üçün ciddi risk hesab edir və üçüncü dünya müharibəsinə gətirib çıxaracağını istisna etmirlər. Təbii ki, proseslər bölgəyə də təsirsiz ötüşə bilməz.

Siyasi analitik Asif Nərimanlı “Xalq Cəbhəsi”nə müsahibəsində Ukrayna və regional bağlı bir sıra məsələlərə aydınlıq gətirib.

- Ukrayna ətrafında davam edən diplomatiya əsas ziddiyyətli məqamlar hansılardır?

- Burada iki əsas ziddiyyətli məqam olduğu görünür. Birincisi, Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsidir. Rəsmi Kiyev NATO-ya üzvlük məsələsini irəli sürsə də, bu faktiki olaraq gündəmdən çıxdı. Daha sonra müharibə bitdikdən sonra yaranacaq təmas xəttində Avropa qoşunlarının yerləşdirilməsi gündəmdə idi ki, Rusiya tərəfi bunu qəbul etmir. Ən önəmli məqam isə odur ki, ABŞ Ukraynaya güzəştlər qarşılığında təhlükəsizlik qarantı vermir.

İkinci məsələ ərazilərlə bağlıdır. Rusiya Ukraynanın Donbası tamamilə tərk etməsini istəyir, ABŞ da bu tələbi dəstəkləyir. Kiyev isə haqlı olaraq öz ərazilərini təhvil vermək niyyətində deyil. Ukrayna onsuz da Rusiyanın işğal etdiyi ərazilər üzərində de-fakto nəzarətini qəbul edir, üstəlik, özünün nəzarət etdiyi ərazilərdən çıxmaq təslim olmaq deməkdir.

Bu iki ziddiyyətli məqamdan birinin – təhlükəsizliyin təmin edilməsinin Berlin danışıqlarında böyük ölçüdə razılaşdırıldığı haqda məlumatlar var. Məlumatlara görə, Avropa ölkələri Ukraynanın təhlükəsizliyini təmin etmək məqsədilə “çoxmillətli qüvvə” yaradacaq ki, bu da faktiki olaraq, Avropa ordusu deməkdir. ABŞ da atəşkəsə nəzarət monitorinqini həyata keçirəcək və Rusiyanın mümkün hücumları qarşısında qalxan rolunu oynayacaq. Bu, Ukraynaya imkan verir ki, mövcud sülh planı ilə razılaşaraq, daha sonra ərazilərini azad etmək imkanı qazansın və bu planda Avropa qoşunlarının dəstəyindən istifadə etsin. Lakin ABŞ-nin təhlükəsizlik zəmanətində əsas şərtlərdən biri münaqişənin hərbi yolla həllinin istisna edilməsidir ki, bu da müharibə dayandıqdan sonra münaqişəni dondurulmuş mərhələyə keçirəcək.

ABŞ bunu Ukrayna ilə razılaşdırıb, növbəti mərhələdə Rusiya ilə danışıqlar aparmalıdır. Buna qədər Vaşinqton Kiyevi Donbas məsələsində də razı salmağa çalışır, Mayamidə planlaşdırılan danışıqların əsas mövzusu bu olacaq. Belə görünür ki, Vaşinqton Moskvaya ərazilərlə bağlı “müjdə” apararaq, Rusiyanın Ukraynanın təhlükəsizliyi şərtlərinə razı salmaq niyyətindədir.

- Ukrayna bununla razılaşacaqmı, ümumiyyətlə Kiyevin addımları necə ola bilər?

- Zelenski Donbası de-fakto və de-yure Rusiya ərazisi kimi tanımayacaqlarını elan edib, fikrimcə, Kiyev sona qədər dirəniş göstərəcək. Lakin bu, hər şeyin həlli demək deyil. Hər şey ABŞ administrasiyasının mövqeyindən asılıdır. İstisna deyil ki, Ukrayna təhlükəsizliklə bağlı istədiklərini alarsa, Donbas məsələsində geri çəkilə, qoşunlarını nəzarət etdiyi ərazilərdən çıxararaq, buranı de-fakto Rusiya ərazisi kimi qəbul edə bilər. Ukrayna bununla ərazilərindən imtina etməyəcək, ərazilərinin azad edilməsini müəyyən müddətə təxirə salacaq. Lakin bu son variantdır, Zelenski buna qədər müxtəlif yollarla vəziyyəti dəyişməyə çalışır. Avropanın dəstəyi burada önəmlidir.

- ABŞ olmadan Avropa Ukraynaya Rusiya ilə müharibəni davam etdirməsi üçün lazım olan dəstəyi təmin edə bilərmi?

- Bu, çətin görünür. Birincisi, Avropanın resursaları buna imkan vermir. İkincisi, ABŞ prosesdən kənarlaşarsa, Rusiya Ukraynaya verilən dəstəyin kəsilməsi üçün Avropanın təhlükəsizliyini təhdid edəcək addımlar atacaq, daha öncə edilən dron hücumları belə nümunələrdəndir. Üçüncüsü, ABŞ Avropanın geri çəkilməsi üçün təzyiqlərini artıra bilər. Buna görə Avropa daha çox ABŞ-nin mövqeyinə təsir etməyə və Ukrayna üçün daha məqbul planın qəbuluna çalışır.

- Ukrayna ərazilər məsələsində razılaşmasa və ABŞ-nin sülh planını pozarsa, Vaşinqton hansı addımları ata bilər?

- ABŞ-nin geri çəkiləcəyi, yaxud mövqeyinin dəyişəcəyi çətin görünür. Çünki Rusiya ilə Ukraynada anlaşmaq Vaşinqtonun geosiyasi planlarına, xüsusilə Çinlə rəqabətə görə vacib görünür. Bu baxımdan, ABŞ mövqeyində israr edə və Kiyevin qəbul etməsi üçün müxtəlif yollara əl ata bilər. Bu addımlardan biri Avropaya təzyiq edərək, Ukraynaya dəstəyin kəsilməsidir. Digər addım kimi Ukraynada son korrupsiya faktı kimi Zelenskinin mövqelərini zədələyəcək əməliyyatlar həyata keçirilməsi, eyni zamanda, yeni seçkilərin keçirilməsinin zəruriliyi kimi məsələləri irəli sürülməsi ola bilər. Ukrayna da anlayır ki, vəziyyət böhranlıdır, buna görə Zelenski prosesdən maksimum daha az ziyanla çıxmağa çalışır.

- ABŞ və Rusiya Ukraynada anlaşarsa, Moskvanın Cənubi Qafqaz siaysəti necə dəyişə bilər?

- Rusiya Ukraynaya görə Cənubi Qafqaza diqqəti azaltmışdı və bu dövrdə regionda təsir imkanlarının müəyyən hissəsini itirdi. Moskva təbii ki, Ukraynada istədiyini alarsa, bizim regionda mövqelərini tam bərpa etməyə çalışacaq, lakin artıq belə imkanları zəifdir. Xüsusilə Azərbaycan və Ermənistanın Vaşinqton anlaşmasından sonra Rusiyanın geridönüş rıçaqları azaldı. Fikrimcə, Rusiya ilk növbədə regiondakı mövcud imkanlarını qorumağa çalışacaq, misal üçün, Ermənistandakı hərbi bazasını və s. Eyni zamanda, Zəngəzur dəhlizi də daxil olmaqla regional kommunikasiyada iştirak imkanı qazanmaq istəyəcək. Yəni Rusiyanın təzyiq potensialı azaldığı üçün daha çox əməkdaşlıq müstəvisində hərəkət edə bilər. Digər tərəfdən, Rusiya ABŞ-nin Zəngəzur dəhlizinə girişini həm də Ukrayna məsələsində sövdələşmə imkanı olaraq görür. Buna görə Moskva Vaşinqtonla anlaşıb mövqelərini qorumaq istiqamətində işləyə bilər.

- Zəngəzur dəhlizinin açılmasına hansısa maneələr qalıbmı?

- Belə maneələr artıq görünmür. Rusiya və İran belə bundan sonrakı dövrdə dəhliz layihəsinin əleyhinə siyasi bəyanatlar versə də, praktikada nəticəyə təsir imkanları zəif görünür. Fikrimcə, TRİPP layihəsi - Zəngəzur dəhlizinin reallaşması perspektivi güclüdür.

- İranın dini liderinin müşaviri Vilayətinin Zəngəzur dəhlizinə qarşı son açıqlamasını necə oxumaq olar?

- Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə görüşdə bildirdi ki, “Tramp marşrutu” əslində Zəngəzur dəhlizi ilə eynidir və Tehran buna qarşıdır”. Bu açıqlamanın İranın xarici işlər naziri Abbas Əraqçının Bakıya səfərindən sonra verilməsi təsadüfi deyil. Fikrimcə, bu İranın siyasi elitasındakı ziddiyyətlərdən qaynaqlanan məsələdir. Çünki Pezeşkian administrasiyası Zəngəzur dəhlizini İrana qarşı iddia edildiyi kimi təhlükə olaraq görmür. Əraqçının səfəri də regiondakı mövcud şərtlərdə - tranzit layihələri və siyasi-təhlükəsizlik arxitekturasında İranın maraqlarının nəzərə alınması ətrafında Azərbaycanla müzakirələr aparmağa hesablanmışdı. Vilayətinin Ermənistan səfiri ilə görüşü Əraqçının Bakı səfərinə qarşı demarş kimi görünür. Məqsəd mühafizəkarların Pezeşkian komandasının siyasətini qəbul etmədiyini nümayiş etdirmək və dəhlizin reallaşmasını istəmədiklərin çatdırmaqdır. Mümkündür ki, mühafizəkarlar bundan sonra İranın rəsmi mövqeyini bütövləşdirmək məqsədilə daxildə Pezeşkian administrasiyasına təzyiqlərin artırılması, İran-Azərbaycan münasibətlərində normallaşma prosesini pozmağa hesablanmış addımların atılması, Ermənistanla təmasları sıxlaşdıraraq, rəsmi İrəvanın mövqeyinə təsirin edilməsi, Zəngəzur dəhlizinə qarşı Rusiya ilə birlikdə hərəkətin edilməsi kimi cəhdlər edə bilər. Lakin fikrimcə, nəticəyə təsir edə bilməyəcəklər.

Birincisi, daha öncə dəhliz məsələsində Tehranla eyni cəbhədən çıxış edən Paşinyan hakimiyyətinin mövqeyi 180 dərəcə dəyişib.

İkincisi, İranın qarşısında artıq Azərbaycan və Ermənistan yox, ABŞ var.

Üçüncüsü, Ukraynada istədiyini almağa çalışan Rusiya Cənubi Qafqazda ABŞ-ın planlarını nəzərə alacaq.

İrandan Zəngəzur dəhlizi haqda verilən bəyanatların ritorikadan uzağa getməyəcəyi görünür.

- Dekabrın 2-də Avropa İttifaqı və Ermənistan arasında imzalanan sənəddə “Dağlıq Qarabağ” ifadəsi yer alır. Bu nə deməkdir, Avropa İttifaqının regionda sülh prosesinə qarşı planı varmı?

- Fikrimcə, Avropa İttifaqının təxribat xarakterli mövqeyi ilk növbədə ABŞ ilə geosiyasi qarşıdurmadan qaynaqlanır. Avropa ölkələri bununla Vaşinqtonun regiondakı planlarını poza biləcəkləri mesajını verirlər. Digər tərəfdən, Avropa İttifaqı Bakıya mesaj verir, Azərbaycanla münasibətlərdə əlini gücləndirməyə çalışır.

Ermənistanın sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almasında öz maraqları var. Ermənistan “Dağlıq Qarabağ ermənilərinə sosial dəstək” kimi Avropa İttifaqından aldığı maliyyənin davamlı olmasını təmin etmək istəyir. Bununla yanaşı, İrəvan “Dağlıq Qarabağ ermənilərini” Bakı ilə danışıqlarda, xüsusilə Qərbi Azərbaycanlıların qayıdışı tələbinə qarşı hələ də kart kimi saxlamağa çalışır.

Lakin bu cür təxribat xarakterli ifadələr regionda yeni qurulmağa başlanılan sülh arxitekturasını və etimad quruculuğunu dağıda, regional layihələrin icrasını tormozlaya, ümumilikdə bölgənin təhlükəsizliyinə risklər yarada bilər.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri