KİV: Fon der Leyen Callas münaqişəsi Aİ nin mövcudluğunu təhlükə altına alır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas arasında gedən hakimiyyət mübarizəsi ABŞ və NATO ilə münasibətlərin pisləşdiyi bir dövrdə Avropa İttifaqının mövcudluğunu təhlükə altına qoya bilər.
APA xəbər verir ki, bu fikri jurnalist Sonya van den Ende Strategic Culture analitik nəşri üçün yazdığı məqalədə ifadə edib.
“Ursula fon der Lyayen ilə Kaya Kallas arasında münasibətlər korlanıb. Avropa İttifaqının öz daxilində yeni düşmənlərin meydana çıxması adətən blokun, təşkilatın və ya dövlətin sonu demək olur”, – deyə məqalədə qeyd olunur.
Jurnalistin Avropa İttifaqındakı mənbələri bildirir ki, iki siyasətçi arasında münasibətlər hakimiyyət və təsir uğrunda gedən münaqişə səbəbindən getdikcə daha da gərginləşir.
Brüssel üçün vəziyyət həm də Avropa İttifaqı nümayəndələri ilə NATO-nun baş katibi Mark Rütte arasında mövcud ziddiyyətlər səbəbindən ağırlaşır. Çünki o, “Avropa ultraliberalları arasında populyar deyil” və “ABŞ prezidenti Donald Trampla həddindən artıq dostyana münasibətlər sərgiləyir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 Fevral 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















