Avropa klubu Fənərbaxça nın ulduzunu istəyir
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliyanın "Komo" klubu "Fənərbaxça"nın yarımmüdafiəçisi İsmayıl Yüksəyin xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, Seriya A təmsilçisi futbolçunu transfer etmək istəyir. Türkiyə mətbuatının məlumatına görə, "Komo" İsmayıl Yüksək üçün 20 milyon avro irəli sürüb. Bununla belə, "Fənərbaxça"nın futbolçunu satmağa tələsmədiyi bildirilir. Klub rəhbərliyi təcrübəli yarımmüdafiəçini yeni mövsümün əsas fiqurlarından biri hesab edir. Baş məşqçi İsmayıl Kartalın da oyunçunun komandada qalmasının tərəfdarı olduğu qeyd olunur.
Mütəxəssisin rəhbərliklə görüşdə İsmayıl Yüksəyin əhəmiyyətini xüsusi vurğuladığı iddia edilir. Bu səbəbdən "Fənərbaxça"nın gələcək təkliflərə baxmayaraq futbolçunu buraxmaq niyyətində olmadığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 İyun 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















