Icma.az
close
up
RU
Avropa Komissiyası kriptobirjalara və maliyyə bazarlarına nəzarəti sərtləşdirir ABŞ ilə rəqabətə tab gətirə bilmirlər

Avropa Komissiyası kriptobirjalara və maliyyə bazarlarına nəzarəti sərtləşdirir ABŞ ilə rəqabətə tab gətirə bilmirlər

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) maliyyə infrastrukturuna, o cümlədən fond birjalarına, kriptovalyuta platformalarına və klirinq palatalarına nəzarəti genişləndirməyi planlaşdırır.

“AzPolitika” bildirir ki, bu barədə “Financial Times” nəşri Avropa Komissiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Yeni təşəbbüsün məqsədi - Aİ-nin vahid bazarında parçalanmanı aradan qaldırmaq, sərhədlərarası ticarət xərclərini azaltmaq və bununla da Avropada startapların və şirkətlərin inkişafını sürətləndirməkdir. Bu, Avropa İttifaqının ABŞ ilə iqtisadi rəqabətdə mövqeyini gücləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Komissiyada hesab edilir ki, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) bənzər vahid nəzarət orqanının yaradılması, Avropa kapital bazarları ittifaqının formalaşmasında mühüm addım olacaq. Brüsselin dekabr ayında “bazarların inteqrasiyası paketi” adlı yeni qanunvericilik təkliflərini təqdim etməsi gözlənilir.

Təklifə əsasən, Avropa Qiymətli Kağızlar və Bazarlar İdarəsinin (ESMA) səlahiyyətləri xeyli genişləndiriləcək. Qurumun milli tənzimləyicilər və iri aktiv idarəçiləri arasındakı mübahisələr üzrə məcburi qərarlar qəbul etmək, həmçinin transsərhəd fəaliyyət göstərən təşkilatlara və kriptoaktiv xidmət təminatçılarına birbaşa nəzarət etmək səlahiyyəti olacaq. Bu, faktiki olaraq, Avropada kriptovalyuta bazarına mərkəzləşdirilmiş nəzarətin tətbiqi deməkdir.

Bununla belə, Avropa Komissiyasının təşəbbüsünə İrlandiya və Lüksemburq qarşı çıxır. Lüksemburqun maliyyə naziri Jil Rot bildirib ki, təklif olunan mərkəzləşdirilmiş model baha başa gələcək və effektiv işləməyəcək. Qeyd edək ki, məhz Lüksemburq bu ilin oktyabrında Avrozonada kriptovalyutaya sərmayə qoyan ilk ölkə olub. Ölkənin Nəsillərarası Suveren Rifah Fondu aktivlərinin 1 faizini bitkoinə yatırıb.

Ekspertlər hesab edirlər ki, Avropa Komissiyasının bu addımı ABŞ-nin SEC və CFTC kimi güclü maliyyə tənzimləyicilərinə cavab xarakteri daşıyır. Rəqəmsal aktivlər bazarında ABŞ-nin üstünlüyü, Avropada isə tənzimləyici parçalanma fonunda ESMA-nın mərkəzləşdirilməsi Avropa kapital bazarını rəqabətədavamlı etmək üçün zəruridir.

Lakin kiçik ölkələr - xüsusən də Lüksemburq və İrlandiya maliyyə sektorunda Brüsselin dominant rolundan narahatdırlar və bu islahatın milli suverenlik elementlərini zəiflədəcəyini bildirirlər.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see221

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri