Icma.az
close
up
RU
Avropa Komissiyası MERCOSUR ilə sərbəst ticarət sazişini təsdiq üçün Aİ Şurasına təqdim edib

Avropa Komissiyası MERCOSUR ilə sərbəst ticarət sazişini təsdiq üçün Aİ Şurasına təqdim edib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Berlin, 3 sentyabr, AZƏRTAC

Avropa Komissiyası Cənubi Amerika ölkələrini birləşdirən MERCOSUR bloku ilə sərbəst ticarət sazişinə yaşıl işıq yandırıb.

AZƏRTAC Avropa İttifaqının (Aİ) saytına istinadla xəbər verir ki, Komissiya Avropa AI-MERCOSUR Tərəfdaşlıq Sazişi (EMPA) və Aİ-Meksika Modernləşdirilmiş Qlobal Saziş (MGA) üzrə imza və yekunlaşdırma təkliflərini Aİ Şurasına təqdim edib. Bu tarixi sazişlər Aİ-nin ticarət əlaqələrini şaxələndirmək strategiyasının mühüm tərkib hissəsidir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bununla bağlı X sosial şəbəkəsindəki paylaşımında MERCOSUR və Meksika ilə əldə olunan sazişlərin əhəmiyyətini qeyd edərək Avropanın şaxələndirməni ikiqat artırdığını və bunun yeni imkanlar açan tərəfdaşlıq olduğunu vurğulayıb: “Aİ biznesi və aqrar-ərzaq sektoru aşağı tariflərdən, azaldılmış xərclərdən faydalanacaq. Onlar qlobal miqyasda daha rəqabətədavamlı olacaqlar”.

Yeni azad ticarət zonası 700 milyondan çox əhalini əhatə etməklə dünyada ən böyük zona olacaq. Bununla da Aİ ilə MERCOSUR ölkələri arasında tariflər və digər maneələr böyük ölçüdə aradan qaldırılacaq. 2024-cü ildə iki tərəf arasında ticarət dövriyyəsi 112,3 milyard avro təşkil edib. Komissiya hesab edir ki, saziş Avropanın Cənubi Amerikaya illik ixracını 39 faiz – 49 milyard avro artıraraq, qitə üzrə 440 mindən çox iş yerini dəstəkləyə bilər. Xüsusilə avtomobil, maşınqayırma və əczaçılıq sənayesi üçün böyük imkanlar gözlənilir.

Fransa, Polşa və İtaliyanın kənd təsərrüfatı sahəsində narahatlıqları sazişin təsdiqini əvvəlcə çətinləşdirsə də, indi Paris və Varşavadan müsbət siqnallar verilir. Tərəflər Aİ-yə 99 min ton əlavə dana əti, 30 min ton isə pendir üçün kvota tanıyır. Almaniya və İspaniya sazişi Çindən asılılığın azaldılması baxımından strateji addım hesab edir. Bununla yanaşı, kənd təsərrüfatı lobbiləri və ekoloji təşkilatlar razılaşmanın Amazon kimi meşələrin qırılmasını sürətləndirə biləcəyindən ehtiyatlanırlar.

MERCOSUR Argentina, Braziliya, Paraqvay və Uruqvaydan ibarət Cənubi Amerika ticarət blokudur və regionun ən iri iqtisadi birliklərindən biridir. Aİ ilə imzalanan yeni tərəfdaşlıq sazişi ikitərəfli ticarəti gücləndirməklə yanaşı, davamlı inkişaf, investisiya və iş yerlərinin artırılmasına töhfə verməyi hədəfləyir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri