Avropa Kuboku: Azərbaycan təmsilçisi bu gün İslandiya klubu ilə qarşılaşacaq AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mingəçevir, 30 noyabr, AZƏRTAC
Kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Mingəçevir təmsilçisi 1/16 final mərhələsinin ilk matçında İslandiyanın “Haukar” komandası ilə qarşılaşacaq.
Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Matçı Moldovadan olan referilər – Kristina Sirbu və Viktor Serdiuç idarə edəcəklər. Görüşün EHF (Avropa Həndbol Federasiyası) nümayəndəsi isə türkiyəli Kənan Gökmən olacaq.
Qeyd edək ki, komandalar arasında hər iki oyun Mingəçevirdə keçiriləcək. Noyabrın 30-da oynanılacaq ilk matçda “Haukar”, ertəsi gün təşkil ediləcək cavab görüşündə isə “Kür” meydan sahibi olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 Noyabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















