Icma.az
close
up
RU
Avropa kuboku Bakıya qayıdıb: ulduzlar yenidən Milli Gimnastika Arenasında

Avropa kuboku Bakıya qayıdıb: ulduzlar yenidən Milli Gimnastika Arenasında

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

On günlük fasilədən sonra bədii gimnastika ulduzları yenidən Bakıya toplaşıblar. Dünya kubokundan sonra Milli Gimnastika Arenası daha bir turnirə – Avropa kubokuna ev sahibliyi edir. Bu yarış əlavə intriqa yaradan maraqlı qaydaları ilə seçilir.

İdman.biz xəbər verir ki, Avropa kubokunun tarixi ötən il Bakıda başlayıb və yenə paytaxtımızda davam etdirilir.

Turnirdə yenidən ölkəmizə təşrif buyuran bir neçə tanınmış gimnast da çıxış edir. Onların arasında Dünya kubokunda çoxnövçülükdə qalib gəlmiş Sofia Raffaeli, eləcə də İtaliya millisinin digər üzvü, burada lentlə hərəkətlərdə bürünc medal qazanmış Tara Draqaş da var.

Həmçinin Dünya kubokunun Bakı mərhələsində ən çox medala sahib çıxan ukraynalı Taisiya Onofriyçuku da qeyd etmək olar. O, halqa ilə hərəkətlərdə birinci, çoxnövçülük, top və lentlə hərəkətlərdə ikinci, gürzlərlə hərəkətlərdə isə üçüncü olub və ümumi sıralamada liderlik edir.

Keçən il Avropa kuboku bir neçə qitəni bir araya gətirmişdi: turnirdə Avstraliya, ABŞ və Cənubi Koreyadan da gimnastlar çıxış etmişdi. Bu dəfə isə Kosta-Rika, Misir, Hindistan və Özbəkistandan idmançılar gəliblər. Ümumilikdə yarışda 25 ölkədən 175 gimnast çıxış edəcək.

Turnir maraqlı qaydalar əsasında keçirilir. Çoxnövçülük üzrə təsnifat mərhələsindən sonra ən yaxşı 16 gimnast mütləq birinciliyin finalında "Cross Battle" adlı mərhələdə qüvvəsini sınayacaq. Qaydalara əsasən, təsnifatda birinci yeri tutan gimnast 1/8 finalda 16-cı yerdəki iştirakçı ilə qarşılaşacaq, ikinci – 15-ci ilə və s. Play-off mərhələsində gimnastlar yalnız qalibin müəyyənləşdiriləcəyi bir növdə çıxış edəcəklər.

Ayrı-ayrı növlərdə finallar nəzərdə tutulmayıb. Bütün hərəkətlər üzrə mükafatçılar çoxnövçülüyün nəticələrinə əsasən müəyyən olunacaq. Qrup hərəkətləri komandaları da "Cross Battle" mərhələsində yarışacaq. Bu baxımdan, Avropa kubokunda mövsümdə ilk sınağı olacaq Azərbaycan komandasını izləmək maraqlı olacaq.

Turnirin 45 min avroluq mükafat fondu da diqqət çəkir. "Cross Battle" qalibi 6.000 avro, ən yaxşı qrup isə 10.000 avro mükafat alacaq.

Azərbaycan yarışda geniş heyətlə təmsil olunur. Fərdi proqramda böyüklər kateqoriyasında Gövhər İbrahimova və Zöhrə Cəfərova, yeniyetmələr arasında isə Şəms Ağahüseynova, Azadə Atakişiyeva və Fidan Qurbanlı çıxış edəcəklər.

Böyüklərdən ibarət qrup komandasında Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədova yer alıblar. Yeniyetmələrdən ibarət qrup komandasına isə Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Oruclu daxildirlər.

Qeyd edək ki, ötən illə müqayisədə Avropa kubokunun müddəti bir gün artırılıb. Bakıda dörd gün boyunca ulduzların parlayacağı bədii gimnastika bayramı olacaq.

Zəki Feyzullayev
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri