Avropa Kuboku: Bədii gimnastlar çarpaz qarşılaşmalarda mübarizə aparacaqlar
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 1 may AZƏRTAC
Bakıda bədii gimnastika üzrə Avropa Kubokun ikinci gününə start verilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mötəbər yarışda 31 ölkədən gimnastlar bacarıqlarını nümayiş etdirirlər.
Yarışın ilk günündə - təsnifat mərhələsində gənc gimnastlar fərdi proqramda müxtəlif alətlər üzrə çıxışlarını təqdim ediblər. Qrup hərəkətləri proqramında isə komandalar çoxnövçülük üzrə performanslarını nümayiş etdiriblər.
Təsnifat mərhələsinin sonunda ən yüksək nəticə göstərən 8 ölkənin fərdi gimnastları müəyyənləşib və onlar bu gün komanda şəklində çarpaz qarşılaşmalarda mübarizəni davam etdirəcəklər.
Kubokda yalnız fərdi gimnastlar deyil, böyüklər yaş kateqoriyasında qrup hərəkətləri komandaları da çarpaz formatda yarışaraq qələbə uğrunda mübarizə aparacaqlar.
Turnirdə Azərbaycanı 10 idmançı təmsil edir. Azadə Atakişiyeva və Ayla İsgəndərli gənclər, İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə isə böyüklər kateqoriyasında qüvvələrini sınayırlar.
Qeyd edək ki, Avropa Kuboku mayın 3-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 01 May 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















