Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Avropa liderləri Tramp “topa tutdular”

Avropa liderləri Tramp “topa tutdular”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Artıq çərşənbə günü axşam bir çox avropalı siyasətçilər ABŞ Prezidenti Donald Trampın Putinlə gözlənilən görüşü ilə bağlı açıqlamalarına, müdafiə naziri Pit Heqsetin Ukraynanın itirdiyi torpaqların geri qaytarılmasının real olmadığına dair arqumentlərinə reaksiya veriblər. 

Bəziləri Ukrayna və Avropa olmadan sülh danışıqlarının mümkün olmadığını, bəziləri isə danışıqlara başlamazdan əvvəl belə şifahi güzəştlərin həm Ukraynanın, həm də Qərbin maraqlarına xəyanət etmək demək olduğunu bildirib.

“Ceheinfo.az” xəbər verir ki,  bu barədə BBC-nin Rus Xidməti yazıb.

Trampın Vaşinqtonda Putinlə söhbətindən danışdığı bir vaxtda Avropanın aparıcı ölkələrinin xarici işlər nazirləri Parisdəki görüşdə müharibəni müzakirə ediblər. Onlar yekun bəyanatıda əmin ediblər ki, ölkələri Ukraynaya yardımı artırmağa və onun ərazi bütövlüyünü dəstəkləməyə hazırdır.

“Biz Ukraynaya yardımımızı artırmağa hazırıq. Biz Rusiyanın hərbi təcavüzü qarşısında onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi bəyan edirik. Bizim ümumi məqsədimiz ədalətli, hərtərəfli və davamlı sülh əldə olunana qədər Ukraynanı dəstəkləməyə davam etməkdir”, - Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirlərinin, həmçinin Aİ-nin xarici siyasət və müdafiə departamentlərinin rəhbərlərinin bəyanatında deyilir.

İclas iştirakçıları vurğulayıblar ki, onların nöqteyi-nəzərindən Avropa sülh danışıqlarında mütləq iştirak etməlidir və bunu Amerika müttəfiqləri ilə müzakirə etmək niyyətindədirlər:

“Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü müzakirə mövzusu deyil. İndi bizim prioritetimiz Ukraynanı gücləndirmək və effektiv təhlükəsizlik təminatları vermək olmalıdır”. 

Avropa İttfaqının xarici siyasət departamentinin rəhbəri, Estoniyanın keçmiş baş naziri Kaja Kallas Paris görüşünün nəticələrini belə yekunlaşdırıb: “Avropa istənilən danışıqlarda mərkəzi rol oynamalıdır”.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Trampın bəyanatlarını şərh edərkən ayrıca vurğulayıb ki, ayrıca danışıqlar aparıla bilməz:

“Sülhə yalnız birgə səylərlə nail olmaq olar. Yəni Ukrayna ilə və avropalılarla. Avropaya sülhün qayıtması üçün biz bu yolu birlikdə getməliyik”.

Polşanın baş naziri Donald Tusk da eyni ruhda danışıb.

“Biz hamımız yalnız sülh istəyirik. ƏDALƏTLİ DÜNYA. Ukrayna, Avropa və ABŞ bunun üzərində birgə işləməlidir. BİRLİKDƏ”, - Tusk sosial şəbəkə hesabında yazıb.

İsveçin keçmiş baş naziri və Avropa Şurasının xarici əlaqələr üzrə həmsədri Karl Bildt Tramp və Höqsetin bəyanatlarını 1938-ci ildə Münhendə Hitlerlə danışıqlar zamanı Avropa liderlərinin hərəkətləri ilə müqayisə edib:

“Bu, əlbəttə ki, danışıqlara innovativ yanaşmadır - hətta başlamazdan əvvəl çox böyük güzəştlərə getmək. Hətta Çemberlen 1938-ci ildə belə enməmişdi”. 

Trampın daxili siyasi rəqibi, demokrat senator Adam Şiff prezident və müdafiə nazirini ABŞ və Ukraynanın maraqlarına xəyanət etməkdə ittiham edib.
“Gəlin hər şeyi öz adı ilə çağıraq. Bu, hələ danışıqlar başlamazdan əvvəl Ukraynanın və bizim maraqlarımızın təslim olmasıdır. Tramp, əlbəttə ki, Kremlə fayda gətirən sövdələşmələrin yaradıcısıdır”, - Şiff tvitində bildirib.

Latviyanın xarici işlər naziri Baiba Braje “Poitico”-ya müsahibəsində vurğulayıb ki, Ukrayna istənilən sülh danışıqlarında mütləq iştirak etməli və danışıqların uğurlu olması üçün Rusiya müharibədən tükənməlidir.

“Sülh razılaşması əldə etmək üçün Rusiyanı döyüş meydanında zəiflətmək lazımdır. Rusiya siyasəti, iqtisadiyyatı, dini, mediası, özəl sektoru - bunların hamısı indi müharibəyə yönəlib. Ona görə də Rusiyanı sülhə məcbur etmək lazımdır”, - Braje bildirib.

“Sülhə gedən yol Rusiyanın hərbi gücünün azalmasıdır. Ukraynanın gücünə sərmayə qoymaq sülhə sərmayə qoymaqdır. Rusiyanı zəiflətmək isə sülhə sərmayədir. Və burada mühüm komponent sanksiyalar və onların uğurlu tətbiqidir", - latviyalı nazir sözünə belə davam edib.

Trampın partiya yoldaşı, respublikaçı konqresmen Co Vilson prezidentini dəstəkləsə də, eyni zamanda ABŞ-nin Rusiyaya qarşı sanksiyaları və Ukraynaya hərbi yardımı artırmalı olduğunu bəyan edib:

“Prezident Tramp sövdələşmə sənətini mənimsəyən bacarıqlı danışıqçıdır. 

Rusiyaya qarşı hərtərəfli sanksiyalar hazırlamaq və sürətli silahlanma səlahiyyəti verməklə ona maksimum təsir imkanları verməliyik”.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Fevral 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see280

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see262

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see256

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see248

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see240

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see237

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see232

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see231

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see231

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see224

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see220

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see217

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see217

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see214

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see206

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see203

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see198

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see196

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri