Avropa liderlərinə çağırış: Putinə zəng etməyin!
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Avropa İttifaqı (Aİ) liderləri hazırkı beynəlxalq vəziyyətdə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmamalıdır. Bu, yolverilməzdir”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.
O bildirib ki, Ukraynada döyüşlər davam edir və Rusiya ilə dialoqun vaxtı deyil.
“Aydındır ki, ABŞ Rusiya ilə danışıqlar aparır və nə vaxtsa Avropa da dialoqa girəcək. Ancaq daha vacib olan nə vaxt və kimin danışacağı deyil, belə bir söhbət vasitəsilə nəyə nail olmağa çalışdığımızdır. Hazırda isə söhbət təxirə salınmalıdır”, – Valtonen qeyd edib.
O, həmçinin əlavə edib ki, Rusiyanın yanaşmasında dəyişiklik olmayana qədər diplomatik əlaqələrin normallaşdırılması ilə bağlı istənilən söhbət səmərəsiz olacaq.
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 06 Aprel 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















