Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Avropa liderlərinin birbaşa üzünə, özü də İrəvanda deyilən sərt mesaj

Avropa liderlərinin birbaşa üzünə, özü də İrəvanda deyilən sərt mesaj

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün, mayın 4-də İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Prezident İlham Əliyevin videobağlantı formatında etdiyi çıxışda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının əsl mahiyyəti, siyasi iflası və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən, Ermənistanın işğalına son qoyduqdan sonra bu qurumların ölkəmizin əldə etdiyi nailiyyətlərə qarşı sərgilədiyi haqsız və düşmən mövqe ilə bağlı söylədiyi fikirlər tarixi əhəmiyyətə malikdir və verilən mesajları bir neçə istiqamətdə dəyərləndirmək lazımdır.

Birincisi, cənab Prezident Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli və düşmən mövqeyinin səbəbini Avropa dövlətlərinin liderlərinin birbaşa üzünə dedi. Bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdiyinə, Ermənistanın işğalına son qoyduğuna, müharibə cinayətləri törətmiş canilərini cəzalandırdığına görə ölkəmiz bu iki qurum tərəfindən heç bir reallığa və obyektivliyə sığmayan siyasətlə, çirkin kampaniya ilə üzləşib. Bu siyasət nəinki qərəzlidir, hətta açıq düşmənçilik, ayrı-seçkilikdir və beynəlxalq hüquqa, eləcə də bu qurumların nizamnamələrinin tələblərinə tam ziddir. Hesab edirəm ki, bu çıxışın və iradın çox güclü siyasi təsiri var. Çünki bunlar Avropa dövlətlərinin liderlərinin birbaşa üzünə, həm də Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirildi.

İkincisi, cənab Prezident bir daha göstərdi ki, heç kim, heç bir beynəlxalq qurum Azərbaycanın milli maraqlarını heçə saya bilməz. Heç kim ölkəmizlə ultimatum dilində danışa, təzyiq göstərə, şantaj və böhtan yolu ilə nəyəsə nail ola bilməz. İndiyə qədər bu cür hücumlara adekvat cavab vermişik və bundan sonra da belə olacaq. Mayın 1-də Milli Məclisin bu haqsızlıq və ikiüzlülüyə cavab olaraq Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılması ilə bağlı prosedurlara başlamaq barədə rəsmi qərarı buna bariz sübutdur.

Üçüncüsü, cənab Prezident Avropa liderlərinə öz ölkələrində baş verən problemlərə diqqət ayırmağı tövsiyə etdi. O, Avropa Parlamentinə və üzv ölkələrə ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətlilik və evsiz insanların problemləri kimi fundamental məsələlərin həllinə fokuslanmağı məsləhət gördü. Prezident qeyd etdi ki, Avropa Parlamenti bu problemlərin həlli istiqamətində ciddi addımlar atmadığı halda, heç bir hüquqi öhdəliyi və üzvlüyü olmayan Azərbaycana qarşı son 5 ildə, yəni İkinci Qarabağ müharibəsindən cəmi altı ay sonra, 2021-ci ilin mayından 2026-cı ilin 30 aprel tarixinədək Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə, bu artıq aludəçilikdir. Ən sonuncusu isə cəmi dörd gün əvvəl, məqsədli şəkildə Zirvə görüşü ərəfəsində qəbul edilib. Bu isə sözün əsl mənasında siyasi riyakarlıq və təxribatdır.

Dördüncüsü, cənab Prezident bu mesajla onu da vurğuladı ki, Avropa Parlamenti və AŞPA Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olunmasında qətiyyən maraqlı deyil. Bu qətnamələrlə Ermənistan–Azərbaycan normallaşma prosesinə mane olmaq, prosesi sabotaj etmək niyyəti güdürlər. Bu isə erməni revanşizminə və bölgədə geosiyasi mövcudluğunu qorumağa çalışan üçüncü tərəflərin maraqlarına xidmət etməkdən başqa bir şey deyil.

Beşincisi, Azərbaycan Avropa Parlamentinin bu təxribatlarına baxmayaraq Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirəcək. Cənab Prezidentin bugünkü çıxışında Ermənistan–Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkür etməsi bu baxımdan mühüm siqnaldır. Yəni, Avropa Komissiyası Avropa Parlamentindən açıq şəkildə fərqləndirildi ki, bu da bəzi dairələrin, xüsusilə Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığını pozamağa çalışanların planlarının pozulması deməkdir.

Bütövlükdə, hesab edirəm ki, cənab Prezidentin açıqlaması bir daha göstərdi ki, bu cür yarıtmaz və pozucu siyasət yürüdən qurumlarla Azərbaycanın əməkdaşlıqdan imtina etməsi ən doğru addımdır və buna görə biz heç nə itirmirik. Onsuz da bizə lazım olan məqamlarda bu təşkilatlardan heç bir ədalətli mövqe və ya dəstək görməmişik. Torpaqlarımızı azad etdikdən və regionda geosiyasi vəziyyəti, güc balansını öz xeyrimizə dəyişdikdən sonra bu cür dəyərsizləşmiş və etibarını itirimiş qurumlara qətiyyən ehtiyacımız yoxdur. Qoy, artıq bundan sonra iflasa uğramış bu kimi təşkilatlar özləri düşünsünlər: nə itirdilər, nə qazandılar. Hər halda, itirən Avropa Parlamenti və AŞPA oldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 May 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri