Icma.az
close
up
RU
Avropa Liqasından evdəki Avropa çempionatına və ya geri sayım başlayıb İdman və Biz

Avropa Liqasından evdəki Avropa çempionatına və ya geri sayım başlayıb İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ölkəmizin ev sahibliyi edəcəyi AVRO-2026-ya hazırlaşmağa çox vaxtı qalmayıb.

İdman.biz xəbər verir ki, bu il həm heyətin müəyyən edilməsi, həm də fəaliyyət strategiyası baxımından bir çox cəhətdən əsas olacaq.

Üstəlik, qarşıdan gələn mövsümdə Qızıl Avropa Liqası istisna olmaqla, çox rəsmi turnir keçirilməyəcək. Komandanın çıxış etdiyi sonuncu yarış da bu turnir olub. Nəticə isə uğurlu olmayıb: iki qələbə və dörd məğlubiyyət. Yığma evdə Avstriya ilə oyunda ilk iki setdə qalib gəlsə də, yekunda uduzaraq oyunu məyusedici başa vurub - 2:3. Nəticədə zəif çıxışla 8-ci yer.

Düzdür, komanda optimal heyətlə oynamayıb. Klublarında yorucu mövsüm keçirən Ayşən Abduləzimova və Yelizaveta Ruban yox idilər. Buna görə də yarış daha çox gənc oyunçular, eləcə də əvvəllər milli komandada çox şans qazanmayan voleybolçular üçün baxış xarakteri daşıyıb.

Lakin Avropa çempionatına qədər döyüşkən komanda yaratmaq lazımdır və bu, milli federasiyanın əsas məqsədlərindən biridir. İlin ilk yarışı mayda olacaq və komandamız Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya ilə növbəti Qızıl Avropa Liqasında mübarizə aparacaq.

Konkret Avropa çempionatından danışsaq, yarış dörd ölkədə - Azərbaycan, İsveç, Çexiya və Türkiyədə keçiriləcək. Yarımfinal və final da daxil olmaqla pley-off matçları Ankarada olacaq. Bir qrupun oyunlarına ev sahibliyi etmək Bakıya həvalə olunub və onların Milli Gimnastika Arenasında keçiriləcəyi artıq məlumdur.

Əvvəllər Avropa çempionatları iki illik fasilə ilə keçirilirdi. Ancaq bir müddətdir ki, yarışın qrafiki dəyişib. Avropa Voleybol Konfederasiyasının bu addımı Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dünya çempionatının formatının dəyişdirilməsi ilə bağlı qərarına görə atıb. Əgər əvvəllər mundillar dörd ildən bir olurdusa, indi iki ildən bir keçiriləcək. Təqvimə əsasən, bu formatda ilk yarış 2025-ci ildə təşkil ediləcək. Ona görə də Avropa çempionatı yalnız 2026-cı ildə keçiriləcək.

Hazırda final mərhələsində mübarizə aparacaq 24 komandadan 12-si müəyyənləşib. Bunlar yarışın ev sahibləri Azərbaycan, Türkiyə, İsveç və Çexiya, həmçinin Serbiya, Niderland, İtaliya, Polşa, Fransa, Bolqarıstan, Ukrayna və Slovakiya yığmalarıdır. Digər komandalar seçmə turnirdə çıxış edirlər. Təsnifatın ilk dövrəsindən sonra Almaniya, Macarıstan, İspaniya, Sloveniya, Yunanıstan və Xorvatiya hərəyə iki qələbə ilə qruplarına başçılıq edirlər. Reqlamentə əsasən, təkcə qrup qalibləri deyil, həm də öz triosunda ikinci yeri tutan yeddi komandadan beşi qitə yarışına vəsiqə qazanacaq.

Bir sözlə, sabit səviyyədə oynaya bilən, kifayət qədər rəqabətədavamlı komanda formalaşdırmaq üçün baş məşqçi Faiq Qarayevin üzərinə çox iş düşür. Artıq geri sayım başlayıb.

Zəki Feyzullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Yanvar 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri