Avropa Məhkəməsindən “Elmar Vəliyev İşi” ilə bağlı gözlənilməz qərar
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərovun Avropa Məhkəməsinə şikayəti üzrə qərar verilib.
Gununsesi.info xəbər verir ki, Yunis Səfərovun Avropa Məhkəməsinə işgəncə şikayəti baxılan işlər siyahısından çıxarılıb.
Bu barədə qərar oktyabrın 22-də açıqlanıb.
Yunis Səfərov Avropa Məhkəməsinə ərizəsi pis rəftar və bu barədə şikayətinin səmərəli araşdırılmaması ilə bağlıdır. Azərbaycan hökuməti onun ərizəsilə bağlı mövqeyini Avropa Məhkəməsinə təqdim edib. Hökumətin mövqeyi ərizəçiyə göndərilib və öz izahatını təqdim etməsi üçün vaxt verilib. Lakin müəyyən edilmiş müddətdə Yunis Səfərov və vəkilinin cavabı Avropa Məhkəməsinin Katibliyinə daxil olmayıb. Məhkəmənin məktubuna cavab verilmədiyinə görə onun ərizəsi baxılan işlər siyahısından çıxarılıb.
Yunis Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşpazova qarşı sui-qəsdə görə ömürlük azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 22 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















