Avropa ölkələri Starlink ə alternativlər hazırlayırlar
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, "Starlink" terminallarının iş sürətinin məhdudlaşdırılması Avropa dövlətlərinə peyk rabitəsi sahəsində ABŞ-nin qərarlarından asılı olduqlarını nümayiş etdirib.
V.Zelenski qeyd edib ki, Vaşinqton mövcud razılaşmalardan və müqavilələrdən asılı olmayaraq sistemin işini məhdudlaşdırmaq imkanına malikdir, bu da həmin texnologiyadan istifadə edən ölkələrin təhlükəsizliyi üçün risklər yaradır.
"Bütün Avropa gördü ki, razılaşmalardan və müqavilələrdən asılı olmayaraq, "Starlink"in sürətini ABŞ-dən tənzimləmək, məhdudlaşdırmaq mümkündür", - o bildirib.
Ukrayna Prezidenti vurğulayıb ki, Avropa dövlətləri artıq "Starlink"in öz analoqlarının yaradılması üzərində işləyirlər, lakin bu işlərdə məhz hansı ölkələrin iştirak etdiyini və layihələrin hansı mərhələdə olduğunu dəqiqləşdirməyib.
Bununla yanaşı, Zelenski bu təşəbbüslərin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 17 Oktyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















